Özü sıradan çıxan elektronika qurğusu yaradılıb

Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir.

Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir. ABŞ və Çin alimlərindən ibarət qrup havanın rütubətliyinin təsiri altında tez sıradan çıxan qurğu təqdim ediblər. Yeni texnologiyanın əsasını polianhidrid təşkil edir. Bu polimerlər müəyyən rütubət səviyyəsində otaq temperaturunda sıradan çıxır.

Alimlərin sözlərinə görə, onların həlli müəyyən yararlılıq müddətinə malik elektron qurğular yaratmağa imkan verəcək. Polimer plyonkanın tərkibini dəyişdirməklə yararlılıq müddətinə nəzarət etmək olar. Belə texnologiya ətraf mühitin çirklənmə səviyyəsini azaldacaq, çünki cihaz sıradan çıxdıqda onu havanın yüksək rütubətliliyi şəraitində həll etmək olar. "ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31