Səsli idarəetməyə malik avtomatik hərəkət edən soyuducu təqdim edilib
Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti səsli idarəetməyə malik və mətbəxdə sərbəst hərəkət edən avtomatlaşdırılmış soyuducu nümayiş etdirib.
5 Sentyabr 2017 19:30 DünyaBerlində keçirilən "IFA 2017" sərgisi çərçivəsində Yaponiyanın "Panasonic" şirkəti səsli idarəetməyə malik və mətbəxdə sərbəst hərəkət edən avtomatlaşdırılmış soyuducu nümayiş etdirib. "Panasonic" şirkəti tərəfindən hazırlanmış kiçikölçülü soyuducu mətbəxdə sərbəst hərəkət edir və sahibinin səs əmrlərinə reaksiya verir. Məlumata görə, təkərli platforma üzərində hərəkət edən kiçik qurğu dərinlik və lazer sensorları dəstinin köməyi ilə lazımi istiqamətdə sərbəst hərəkət edə bilir. Bundan başqa, soyuducu xüsusi məlumat bazasına qoşulub. Nəticədə soyuducunun daxilində saxlanılan içkilərə müvafiq qəlyanaltılar tövsiyə edilə bilər. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən xəbər verir.