Merkelə pomidorlu hücum
Almaniya Baş nazir Angela Merkel seçiciləri ilə görüş zamanı çətin anlar yaşayıb. “Olaylar” bildirir ki, Almaniyada sentyabrın 24-də keçiriləcək seçkilər üçün Heidelberq şəhərində seçiciləri ilə görüşən Baş nazir Merkelə səslənən bir qrup şəxs onun üzərinə pomidorlar atıblar. Pomidorlardan biri Merkelin qırmızı pencəyinə, digərlərinin isə Merkelə dəymədiyi bildirilir. Angela Merkel özünü itirmədən hadisəyə səssiz qalıb və görüşünü davam etdirib.
6 Sentyabr 2017 09:58 DünyaAlmaniya Baş nazir Angela Merkel seçiciləri ilə görüş zamanı çətin anlar yaşayıb. "Olaylar" bildirir ki, Almaniyada sentyabrın 24-də keçiriləcək seçkilər üçün Heidelberq şəhərində seçiciləri ilə görüşən Baş nazir Merkelə səslənən bir qrup şəxs onun üzərinə pomidorlar atıblar. Pomidorlardan biri Merkelin qırmızı pencəyinə, digərlərinin isə Merkelə dəymədiyi bildirilir.
Angela Merkel özünü itirmədən hadisəyə səssiz qalıb və görüşünü davam etdirib.
Polis pomidorların müxtəlif istiqamətlərdə fərqli insanlar tərəfindən atıldığını bildirir. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.
Həmçinin mitinq zamanı bir qrup ekstremist qrup üzvləri "Merkel xain", "xain", "yalançı", "riyakar" deyə qışqırıblar.