Xarici dilin beyin funksiyasına bilmədiyimiz təsiri – Tədqiqat
Xarici dil öyrənmək beyin funksiyalarının fəaliyyətinə yaxşı təsir göstərir. Edinburgh Universiteti apardığı araşdırmalarda maraqlı bir nəticə əldə edib. Bu barədə “Annals of Neurology” jurnalında dərc olunan məlumatda bildirilir ki, tədqiqatda 262 adam iştirak edib və onlar zəka testlərindən keçirilib.
5 Sentyabr 2017 20:01 DünyaXarici dil öyrənmək beyin funksiyalarının fəaliyyətinə yaxşı təsir göstərir. Edinburgh Universiteti apardığı araşdırmalarda maraqlı bir nəticə əldə edib. Bu barədə "Annals of Neurology" jurnalında dərc olunan məlumatda bildirilir ki, tədqiqatda 262 adam iştirak edib və onlar zəka testlərindən keçirilib. 262 nəfərdən 195-nin ikinci dili 18 yaşından əvvəl, 65-nin isə 18 yaşından sonra öyrəndiyi ifadə edilir. Xarici dili yeniyetmə vaxtlarında öyrənən adamlar beyin funksiyalarının yaşlandıqca qocalmadığı üzə çıxıb. Həmçinin qeyd edilib ki, xarici dil bilən şəxslər daha yaxşı idrak bacarığına sahibdirlər.
Edinburgh Universitetinin həkimi Tomasın sözlərinə görə, doğuşdan gələn zəka ilə cüt dil öyrənmək də beyinə təsirli olur. Azadinform.az