Yaponiyadan Rusiyaya ÇAĞIRIŞ: “Müharibə mövzusunda daha konkret reaksiya sərgilənməlidir”

Yaponiya prezidenti Şinzo Abe rəsmi Tokio ilə Moskvanın ortaq hərəkət etməsini istədiyini dilə gətirib. Prezident bu birlik sayəsində Şimali Koreya siyasətinə ciddi zərbə vura biləcəklərini deyib. Rusiya telekanallarından birinə müsahibə verən Ş.Abe Şimali Koreyanın keçirdiyi nüvə sınaqlarının tayı-bərabəri olmayan meyarda təhdid olduğunu qeyd edib.

Prezident nüvə sınaqları kontekstində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı etdiyini də bildirib: "Yaponiya və Rusiyanın ortaq işbirliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qərarları sayəsində Şimali Koreyanın mövcud siyasətinə təsir edə biləcəyimizi ümid edirəm. Bunun üçün Rusiyanı işbirliyinə və bu mövzuda daha qərarlı münasibət sərgiləməyə çağırıram. Bütün dünya ölkələri də bu çağırışa qoşulmalıdır". Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31