Azərbaycan,Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşündə 2 sənəd imzalanacaq

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekununda nazirlər Bakı deklarasiyasını və 2017-2019-cu illər üzrə fəaliyyət planını imzalayacaq. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir. Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31