Myanma qaçqınlarının qayıqları aşdı
Myanmadan Banqladeşə qaçqınları aparan qayıqların aşması nəticəsində azı 5 uşaq həlak olub. Zorakılıqdan qaçan rohinca müsəlmanlarının olduğu 3-4 qayıq Banqladeşlə Myanma arasında sərhəd rolunu oynayan Naf çayında aşıb. Hazırda qayıqda olan digər qaçqınların axtarışlar aparılır. Daha öncə isə avqustun sonlarında həmin çayda qayıq aşması nəticəsində 40-a yaxın rohinca müsəlmanlarının həlak olması barədə məlumat verilmişdi.
6 Sentyabr 2017 12:18 DünyaMyanmadan Banqladeşə qaçqınları aparan qayıqların aşması nəticəsində azı 5 uşaq həlak olub. Zorakılıqdan qaçan rohinca müsəlmanlarının olduğu 3-4 qayıq Banqladeşlə Myanma arasında sərhəd rolunu oynayan Naf çayında aşıb. Hazırda qayıqda olan digər qaçqınların axtarışlar aparılır. Daha öncə isə avqustun sonlarında həmin çayda qayıq aşması nəticəsində 40-a yaxın rohinca müsəlmanlarının həlak olması barədə məlumat verilmişdi.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub. Trend.az