Nazpəri Dostəliyeva: "Özünü doğramaqdansa..."

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib. Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsici alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Nazpəri Dostəliyeva ilə əlaqə saxladıq. N.Dostəliyeva bu barədə ümumiyyətlə danışmaq istəmədiyini desə də, məsələyə belə aydınlıq gətirib: "Bu istintaq sirridir, mənə danışmaq qadağan olunub. Buna görə susuram. Hadisəni törədənlər tapılıb. Onun özünü doğraması ilə bağlı xəbərdən məlumatsızam. Anlamadım, o polis idarəsində özünü necə doğrayıb, damarını kəsmək üçün kəsici aləti hardan tapıb? Özünü niyə doğrayır, məndən oğurladıqlarını gətirib özümə qaytarsın. Apardıqlarini bircə-bircə qaytaracaq".

Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Hadisəni Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov saxlanılıb. Yeniçag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31