“Fənərbağça” “Qarabağ”ın rəqibindən hücumçu alır

Hücum xəttini gücləndirməyə çalışan "Fənərbağça" "Atletiko"nun ön xətt oyunçusu Lusiano Viettoya "elçi düşüb". "Sarı-lacivərdlilər" "transfer pəncərəsi"nin son günlərində argentinalını heyətə qatmaq niyyətindədir.

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibində əsas heyətə düşə bilməyən 24 yaşlı forvard həftəsonuna qədər Türkiyəyə köçə bilər. İstanbul nəhəngi onu birillik icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb. "Atletiko" rəhbərliyi komandanın 4-cü hücumçusu sayılan Viettonu birdəfəlik satmağı üstün tutur. Bununla belə, "Fənər" madridliləri bu keçidə razı salmaqda israrlıdır.

Qeyd edək ki, Lusiano Vietto "Atletiko"ya 2015-ci ildə 20 milyon avro müqabilində "Vilyarreal"dan keçib. Futbolçu ötən mövsümü icarə əsasında "Sevilya"da keçirib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31