19 gün qaldı: 4 ölkə üçün KABUS BAŞLAYIR

Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib.  Bu haqda “Rudav” kürd telekanalı bildirib. “Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?” - bülletendə yazılıb.

Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib.  Bu haqda "Rudav" kürd telekanalı bildirib. "Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?" - bülletendə yazılıb.

Qeyd edək ki, muxtariyyət müstəqillik referendumunu sentyabrın 25-nə təyin edib. Ərbilin bu qərarını Bağdad, həmçinin Tehran, Ankara və Vaşinqton tənqid edib. Türkiyə və İranın mövqeyi bundan ibarətdir ki, referendumun keçirilməsi gərginliyin artmasına səbəb ola bilər. Muxtariyyətin başçısı Məsud Bərzani bildirib ki, referendumu təxirə salmaq niyyətində deyillər. Kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, onda Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31