Politoloq: “Məqsəd AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır”
“Xarici mediada Azərbaycanın siyasi elitası haqqında dərc edilən yazıların məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır. "Çirkli pullar" haqqında yazılan bu yazılar bizim Rusiya məkanında məğlub etdiyimiz ermənilərin Qərb məkanındakı mətbuatda çıxışlarıdır”.
6 Sentyabr 2017 17:04 Siyasət"Xarici mediada Azərbaycanın siyasi elitası haqqında dərc edilən yazıların məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır. "Çirkli pullar" haqqında yazılan bu yazılar bizim Rusiya məkanında məğlub etdiyimiz ermənilərin Qərb məkanındakı mətbuatda çıxışlarıdır". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, biz MDB məkanından erməniləri qovub çıxarmışıq: "Əvvəllər Azərbaycan əleyhinə kampaniya başlayanda 10 mətbu orqanı Azərbaycanın üzərinə düşürdü, lakin indi Azərbaycanın üzərinə düşən cəmi 2 xarici media orqanı düşüb".
Politoloq Rusiyadakı ermənipərəstlərin rolundan da danışıb. O əlavə edib ki, siyasi korrupsiyanın ən geniş yayıldığı ölkə Rusiyadır: "Lakin Rusiyanın "Ria - Novosti" Agentliyi Azərbaycandakı "korrupsiyadan" yazır və bu agentliyin rəhbərliyi onu təsdiqləyir". M.Əhmədoğlu bildirib ki, Azərbaycanın siyasi elitası ilə bağlı yazılan yazıdakı rəqəmlər sadəcə gülüş doğurur. Azadinform.az