Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdi...

Azərbaycanın  artan beynəlxalq imici, dünyada söz sahibinə çevrilməsi, beynəlxalq və regional proseslərin idarəedilməsində iştirakı və ən nəhayət ölkənin inkişaf tendensiyası ermənipərəst qüvvələr və onların himaydarlarının yuxusunu ərşə çəkib. Azərbaycanın müstəqil daxili və xarici siyasətinın ardınca sürünən bu qüvvələr “ağ divara çamur atmaqla” özlərinə rahatlıq tapmağa çalışırlar.

Heç bir qarayaxma kampaniyası ölkəmizi yolundan döndərə bilməz

Azərbaycanın  artan beynəlxalq imici, dünyada söz sahibinə çevrilməsi, beynəlxalq və regional proseslərin idarəedilməsində iştirakı və ən nəhayət ölkənin inkişaf tendensiyası ermənipərəst qüvvələr və onların himayədarlarının yuxusunu ərşə çəkib. Azərbaycanın müstəqil daxili və xarici siyasətinın ardınca sürünən bu qüvvələr "ağ divara çamur atmaqla" özlərinə rahatlıq tapmağa çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutan, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immunitet nümayiş etdirən iqtidara şər atmaq mexanizmi bunerenq effektinə bərabərdir. Sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu yana dəfələrlə çirkin kampaniyalara məruz qalıb. Xüsusən, əlamətdar günlərdə, daha doğrusu ölkədə beynəlxalq tədbirlərin keçirilməsi, yaxud seçki kampaniyasının başlandığı ərəfədə belə bədnam qüvvələrin fəallaşması müşahidə olunur. Lakin, Azərbaycan hər dəfə belə qarayaxma kampaniyalardan alnı aşıq, üzü ağ çıxaraq "ağ vərəq ləkə götürməz" deyimini isbatlayıb. Məntiq isə deyir ki, zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən çirkin qarayaxma kampaniyasının əsasında onun heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasəti durur. Bu gün həyata keçirilən qarayaxma kampaniyası xarici anti-Azərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir. Bu məqsədlə guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığı, onları gizli fondlardan maliyyələşdirdiyi barədə növbəti dezinformasiya dövriyyəyə buraxılmış və beynəlxalq media tərəfindən süni şəkildə tirajlanır. Bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) təşkilatının adından verilmiş və dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilmişdir. Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Kiçik bir araşdırma dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Qeyd edək ki, OCCRP-nin yaydığı heç bir əsası olmayan, ittiham dolu dezinformasiyanı hazırlayan müəlliflərdən biri milliyyətcə ermənidir. Eyni zamanda, "Guardian"da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu isə o deməkdir ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası vahid mərkəzdən idarə olunur və məqsədli şəkildə tirajlanır. Xatırladaq ki, sözügedən şəbəkə zaman-zaman Azərbaycana, eləcə də ölkəmizə qarşı simpatiyası olan beynəlxalq ekspertlərə qarşı da eyni münasibət sərgiləyiblər. Bu halda belə bir sual yaranır: əgər OSSRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır? Hansı səbəbdən erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir? Bütün bunlar onu göstərir ki, OSSRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir.

Millət vəkili, Milli Məclisin Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, hazırda dünyada Azərbaycana qarşı gedən informasiya müharibəsinin məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdan ibarətdir. Deputatın sözlərinə görə, bu gün həyata keçirilən qarayaxma kampaniyası xarici anti-Azərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir: "Azərbaycanın müstəqil daxili və siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqların hər şeydən üstün tutması bəzi xarici dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun".

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil: "İstənilən ölkə və onun siyasi elitası haqqında belə xəbərləri uydurmaq çox asanlıqla mümkündür və hazırki reallıqda bu həyata keçirilir". Deputat vurğulayıb ki, əslinə baxanda bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü, onların siyasətçilərini, parlamentarilərini zərbə altında qoyur: "Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür. Bəs onların öz mövqelərinə sadiqliyi, əqidələrində dönməzliyi, hüququn aliliyi harada qalır?! Bəs Avropanın maliyyə nəzarətini həyata keçirən ən müxtəlif orqanları var, onlar harada qalır?! Xüsusilə 11 sentyabr hadisələrindən sonra hər bir maliyyə vəsaiti üzərinə mikroskopik nəzarət həyata keçirirlər, hansı ki maliyyə ilə bağlı bəyannamə verilməlidir, mənşəyi ilə bağlı məlumatlar təqdim olunmalıdır və s. Buradan aydın görünür ki, yayılan məlumatlar tamamilə əsassızdır və məqsəd tamamilə başqadır".  Z.Oruc bildirib ki, burada məqsəd birinci növbədə Azərbaycan hakimiyyətini təsir altına almaq, iqtidarı onlarla hesablaşmağa məcbur etməkdir: "Azərbaycanın dövlət başçısının demokratik bir lider olduğuna heç kəsin şübhəsi yoxdur. Biz bu illər ərzində İlham Əliyevin siyasi kursunun xarakterinin belə olduğunu görmüşük. Azərbaycan idarə olunan dövlət deyil və şübhəsiz ki, bu, müxtəlif mərkəzləri qane etmir. Onlar da bununla bağlı "mübarizə" aparırlar. Ancaq yenə təkrar edirəm ki, daha çox özlərini ifşa edirlər, zərbə altında qoyurlar. İndiyə qədər Azərbaycana qarşı bu təzyiqlər çox olub və heç biri də məqsədinə çata bilməyib". Sonda onu da xatırladaq ki, Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31