Siyavuş Novruzov: "Azərbaycan iqtidarının müstəqil siyasətini bəzi xarici dairələrin gözü götürmür"

"Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasətini bəzi xarici dairələrin gözü götürmür". Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov "The Guardian" və "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.

"Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasətini bəzi xarici dairələrin gözü götürmür". Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov "The Guardian" və "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.

S. Novruzovun fikrincə, əvvəllər də Azərbaycana qarşı ara-sıra edilən qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi durur: "Bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) təşkilatının adından verilib, dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilib. Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Əgər OSSRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır? Hansı səbəbdən erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir? Bütün bunlar onu göstərir ki, OSSRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir".

YAP İcra katibinin müavini qeyd edib ki, məşhur milyarder və siyasi hoqqabaz C.Sorosun bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhd kimi qiymətləndirilməlidir: "Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31