Qayalardan suya tullanma IV mərhələ yekunlaşdı
ABŞ-da “Red Bull Cliff Diving” deyilən qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatının dördüncü mərhələsi başa çatıb. Dünyanın ən mahir dayverləri ABŞ-ın Texas ştatında, Hell-Geytdə mübarizə aparıblar.
6 Sentyabr 2017 20:00 İdmanABŞ-da "Red Bull Cliff Diving" deyilən qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatının dördüncü mərhələsi başa çatıb. Dünyanın ən mahir dayverləri ABŞ-ın Texas ştatında, Hell-Geytdə mübarizə aparıblar.
2016-cı ildə Texas qayalardan suya tullanma üzrə silsilə yarışların birinci mərhələsini mürəkkəb hava şəraitində qəbul etdiyinə görə 2017-ci ildə yarışı havaların daha yaxşı keçəcəyi ümidi ilə yayın sonunda Kingdom Possum gölündə keçirmək qərara alınıb. Gərgin mübarizə şəraitində keçən yarışların dördüncü mərhələsi Rihannan İfflandın və Breyk Oldricin yaddaqalan qələbəsi ilə başa çatıb. Breyk Oldric parlaq qələbəsindən sonra deyib: "Mən bu istirahət günlərində bütün tullanmaları icra etdim və layiqli qələbə qazandım. Mən həmişə "Red Bull Cliff Diving" yarışını udmaq arzusunda olmuşam. Nə yaxşı ki, bu il yarışmaq imkanım var. Ümidvaram ki, silsilə yarışların növbəti iki mərhələsində də iştirak edə biləcəyəm və mövsümü ilk üç ən güclü idmançı sırasında, hətta bəlkə qalib kimi bitirəcəyəm. Plana görə, sonrakı yarış Bosniyada keçiriləcək". Sonra "Red Bull Cliff Diving" bu yarışın başlandığı məkana yola düşəcək. Bosniya və Herseqovinanın Mostar şəhəri böyük yüksəklikdən dayvinq ənənələrinin əsrlər boyu davam etdiyi "Starı Most" körpüsündən dünyanın ən yaxşı atletlərinin tullanaraq bir-biri ilə yarışması üçün onları yenidən qəbul etməyə hazırlaşır. Sia.az