İlk dəfə olaraq – “Asılmış kitab” payız kitab marafonu

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında ilk dəfə olaraq “Asılmış kitab” payız kitab marafonu keçirilir. “Olaylar” bildirir ki, noyabrın 30-dək davam edəcək marafonda oxucular bəyəndikləri kitab haqqında rəy yazmaqla yanaşı, onu başqasına tövsiyə etmək məqsədilə rəmzi olaraq yaradılmış ağacdan “asa bilmək” imkanı əldə edəcəklər. Marafonun məqsədi üstündə rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır. “Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında ilk dəfə olaraq "Asılmış kitab" payız kitab marafonu keçirilir. "Olaylar" bildirir ki, noyabrın 30-dək davam edəcək marafonda oxucular bəyəndikləri kitab haqqında rəy yazmaqla yanaşı, onu başqasına tövsiyə etmək məqsədilə rəmzi olaraq yaradılmış ağacdan "asa bilmək" imkanı əldə edəcəklər. Marafonun məqsədi üstündə rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır.

"Asılmış kitab" aksiyası Avropada dəb olan "asılmış əşyalar" təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb.

Səbail rayon MKS-nin mərkəzi kitabxanasının məqsədi xeyriyyəçilikdən uzaq olsa da, bu ənənə vasitəsilə oxucuları mütaliəyə daha cəlb etmək, kreativ iş üsullarına üz tutaraq kitab dövriyyəsini artırmaqdır. Marafon nəticəsində oxucular tərəfindən ən çox sevilən və oxunan kitabların siyahısı tərtib olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31