Petek Dinçöz: "Sırf Azərbaycan üçün dəyişdim"

Türkiyəli müğənni Petek Dinçöz Bakıya gəlib. Paytaxtımıza aktrisa Məlahət Abbasovanın dəvəti ilə gələn sənətçi media nümayəndələri ilə görüşüb. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib: "Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz".

Petek Azərbaycan mətbəxini çox bəyəndiyini söyləyib. İfaçı Bakıya gəlməzdən əvvəl görünüşündə dəyişiklik etdiyini deyib: "Saçlarımın necə olduğunu heç demədiniz. Sırf bura üçün dəyişdim, onları həm uzatdırdım, həm də boyatdırdım". Petek ATV kanalında yayımlanacaq "Məlahətli söhbətlər" verilişinə çəkiləcək. Proqramın aparıcısı M.Abbasovadır. Mətbuat konfransına qatılanlar arasında aparıcı Turan İbrahimov da yer alıb. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31