Gündəm
Qəbələdə yeni məhkəmə binasının açılışı olub
Oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Gözəl Bayramlı daha 2 ay həbsdə qalacaq
AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə baş prokurorun birinci müavini Rüstəm Usubov və müstəntiqin təqdimatı təmin edilib. Gözəl Bayramlının həbs müddəti daha 2 ay müddətinə uzadılıb.
Soyunçuluqla məşğul olan şəxslər saxlanıblar
Bakıda soyğunçuluq edən Azərbaycan və Gürcüstan vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda iki naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb.
Ölkəyə qızıl-zinət əşyalarının qanunsuz gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.
Dövlət Komitəsi: Kərə yağının orta statistik idxal qiyməti 5,20 dollar olub
Azərbaycan Respublikasına idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr-Rusiya Federasiyası, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilmişdir.
Toponomiya komissiyası gələn həftə yığışacaq
"Toponomiya komissiyasının iclasları yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirilir. Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin, təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır”.
Jurnalist işləməkdən öldü
Yaponiyanın “NHK” rəsmi yayım qurumunda işləyən Miva Sado həddindən artıq işlədiyinə görə dünyasını dəyişib. 31 yaşlı jurnalist 1 ayda 159 saat işlədikdən sonra infarkt keçirib. Qadın işdən 1 ay ərzində sadəcə 2 dəfə icazə alaraq dincələ bilib. Bu hadisədən sonra hökumət ölkədəki iş şərtlərini yenidən gözdən keçirməyə qərar verib.
ABŞ Suriyada 100 kilometrlik “qara dəlik” yaradıb - ŞOK İDDİA
“Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib”. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər. “Et-Tanf (burada Amerika hərbi bazası yerləşir –red.) Suriya-İordaniya dövlət sərhədində yüz kilometrlik “qara deşiyə” çevrilib. İŞİD-in mobil qrupları buradan Suriya qoşunları və dinc əhaliyə qarşı diversiya-terror hücumları edilir”, - Konaşenkov deyib.
Avropa Şurasının ikili standartı və qərəzli mövqeyi
Sirr deyil ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəinki real addımlar atmayıb, heç bu təşəbbüsdə bulunmayıb da. Müxtəlif siyasi təsir rıçaqlarına malik AŞ quruma üzv olan təcüvüzkar dövlətə təzyiq etmək əvəzinə, onun himayədarına çevrilib.
Ermənistan Qərbin tərəfdaşı olmaq kimi amorf bir siyasətdə irəliləməyə can atır
Prezident İlham Əliyevin bağlı qapıları açaraq Avropa ilə münasibətlərin gerçək üzünü cəmiyyətə və regional oyunçulara göstərməsi mühüm hadisəydi.”Şərq tərəfdaşlığı” sammiti qarşısında Birliyə daxil olan ölkələrin vahid mövqedən çıxış etdiyini göstərmək üçün Brüssel böyük nümayəndə heyətini Cənubi Qafqaza yola salıb. Görünür, bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avroçinovnikləri qabaqlayaraq,bölgəyə səfər etməsi də yalnız Suriya böhranının başa çatması fonunda İŞİD virusuna qarşı mübarizənin zərurətini bütün qonşu dövlətlərə çatdırmaq məsələsi deyil. Putin Qafqaz ölkələrinin xarici təşəbbüslərə reaksiyasını yaxşı izləyir və Moskva üçün “qırmızı xətti”n haradan keçdiyini açıq dilə gətirir.
Azərbaycanın Avropa Şurasında nə işi var?
Azərbaycanın Avropa Şurasına 16 illik üzvlüyü dövründə mütəmadi olaraq haqsız ittihamlara tuş gəlməsi sözügedən qurumun qərəzlı mövqeyindən zəbər verir. Ötən müddət ərizndə Azərbaycanda demolratik islahatların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı atılan addımlar ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də Avropa Şurasını “təəsübləndirə” bilməyib. Hər şeyi qara rəngdə görən AŞ Azərbaycanda “bulanıq su” axtarışına çıxaraq ikili sandartlar sərgiləmək ənənəsinə sadiq qalıb.
Müxalifət gəncləri xaosa səsləyir
Milli Şura növbəti aksiyaya hazırlaşır. 23 sentyabr uğursuzluğundan nəticə çıxarmayan, aöalarından aldıqları pulun müqabilində ortaya qüvvə çıxara bilməyən radikallar oktyabrın 7-nə daha bir mitinq təyin ediblər. Bakı meriyası da öz növbəsində radikalların aksiyasına icazə verib.
Ordumuzla bağlı narahatçılıq yoxdur
Son günlər istər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan bəzi şəxslər tərəfindən heç bir ciddi əsas və ciddi səbəb olmadan sosial şəbəkələrdə, bəzi ictimai tədbirlərdə Silahlı Qüvvələrimizlə bağlı bır sıra xoşagəlməz fikirlər, mülahizələr səsləndirilir. Guya orduda, Silahlı Qüvvələrdə vəziyyətin yaxşı olmadığı, idarəçilikdə problemlər meydana çıxdığı, hətta ölkəyə alınan silahların yararsız olduğu iddia olunur.
Azərbaycanı sınağa çəkirlər
Dünyanın geosiyasi sferasında keçən əsrin ortalarından bu günə qədər olan mürəkkəb və qlobal ictimai-siyasi şərait içərisində imperialist və imperializmin havadarları olan region dövlətlərinin demokratiya şüuarı altında nüfuzu müstəviyə daşıdıqları təsir olayaları çərçivəsində yaranan qlobal iqtisadi böhran davam etməkdədir.
Prezidentdən Avropaya Qarabağ mesajı
İndi həm Azərbaycanda, həm də Qərbdə, Avropada əsas müzakirə mövzularından biri bu günlərdə dövlət başçısı İlham Əliyevin sözün əsl mənasında sözügedən güc mərkəzlərinə keçdiyi dərsdir. Məlumat üçün qeyd edək ki, oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.














