Azərbaycanın Avropa Şurasında nə işi var?
Azərbaycanın Avropa Şurasına 16 illik üzvlüyü dövründə mütəmadi olaraq haqsız ittihamlara tuş gəlməsi sözügedən qurumun qərəzlı mövqeyindən zəbər verir. Ötən müddət ərizndə Azərbaycanda demolratik islahatların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı atılan addımlar ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də Avropa Şurasını “təəsübləndirə” bilməyib. Hər şeyi qara rəngdə görən AŞ Azərbaycanda “bulanıq su” axtarışına çıxaraq ikili sandartlar sərgiləmək ənənəsinə sadiq qalıb.
6 Oktyabr 2017 13:14 Siyasətİlham Əliyev: "Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq"
Azərbaycanın Avropa Şurasına 16 illik üzvlüyü dövründə mütəmadi olaraq haqsız ittihamlara tuş gəlməsi sözügedən qurumun qərəzlı mövqeyindən zəbər verir. Ötən müddət ərizndə Azərbaycanda demolratik islahatların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı atılan addımlar ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də Avropa Şurasını "təəsübləndirə" bilməyib. Hər şeyi qara rəngdə görən AŞ Azərbaycanda "bulanıq su" axtarışına çıxaraq ikili sandartlar sərgiləmək ənənəsinə sadiq qalıb. Azərbaycanın quruma üzvlük müddətində qazandığı yalnız yerli-yersiz ittihamlar, əldə edilən naliyyətlərə kölgə salmaq, ölkəmizin beynəlxalq imicini ləkələmək cəhdi və sair kimi ikili standart nümayişi olub. Azərbaycan isə təşkilata daxil olarkən Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyəti çatdırılması üçün əlavə bit tribunanın əldə edildiyini güman edirdi. Lakin AŞ-ın ikili standartları nəinki Azərbaycan həqiqətlərini boğmağa hədəflənib, hətta işğalçı dövlətə əlavə meydan verib. Məhz AŞ-ın belə qərəzli mövqe nümayiş etdirməsi Azərbaycan içtimaiyyətində quruma qarşı etimadsızlıq görüntüsü yaradıb. Məslə orasındadır ki, AŞ tutduğu qərəzli mövqedən əl çəkərək konstruktiv mövqe sərgiləmək əvəzinə, Azərbaycanı qurumdan çıxarılacağı ilə hədələyir. Məsələnin qəizliyi ondan ibarətdir ki, belə ittihamlar sıravi Avropa deputatları tətəfindən deyil, AŞ-ın yüksək rütbəli rəhbərləri tərəfindən səsləndirilir. Sözssüz ki, AŞ-ın bu mövqeyi Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı məhz bu kimi məsələlərə toxundu, eyni zamanda Avropa təşkilatlarının ölkəmizə qarşı səsləndirdikləri qeyri-ciddi bəyanatları cavablandırarkən mühüm mesajlar səsləndirdi. Xüsusilə, Avropa Şurası rəhbərliyinin son vaxtlar Azərbaycanla təhdid dilində danışmasına cavab olaraq, ölkə başçımız mümüm arqumentlər gətirərək, avropalılara qətiyyətli fikirlərini çatdırmış oldu: "Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır". Dövlət başçısı bəyan edib ki, belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq: "Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və "bizim o təşkilatda nə işimiz var" kimi fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük".
Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Avropa Şurasında Azərbaycana qarşı real informasiya müharibəsi aparılır. Avropa Şurası bu məsələlərlə bağlı öz siyasətində ciddi dəyişikliklər etməlidir. Onun sözlərinə görə, ilk növbədə bu təşkilatın müvafiq icra orqanı və baş katibliyində dəyişiklik edilməlidir: "Bu baxımdan düşünürəm ki, Azərbaycan nümayəndə heyəti sözügedən təşkilatda də öz mövqeyini bildirəcək və ölkəmizin maraqları Assambleyanın sessiyasında müzakirə olunacaq". A.Mollzadə əlavə edib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Avropa Şurasına (AŞ) daxil olduğu zaman götürdüyü öhdəliklərin çoxunu pozsa da bu təşkilatda həmin məsələlərlə bağlı heç bir müzakirələr aparılmır: "Amma nədənsə, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil edir və ölkəni üzvlükdən məhrum etməklə hədələyirlər. Bu isə təbii olaraq Azərbaycanda adekvat neqativ reaksiya doğurur. Düşünürəm ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Ölkənin həyatında heç nə dəyişməyəcək". Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Azərbaycan dövləti uzun müddətdir ki, bütün beynəlxalq təşkilatlarla, regional qurumlarla əməkdaşlıq edir: "Biz bir dövlət olaraq çox doğru bir siyasət aparır ki, ən nüfuzlu təşkilatlara yaxından əməkdaşlıq edilir. Qarabağ kimi ciddi bir problemimizin olduğu halda dövlət maraqları tələb edir ki, Azərbaycan həm Avropa İttifaqı ilə, həm Avropa Şurası ilə, həm də digər nufuzlu təşkilatlarla yaxın əməkdaşlıq edək. Bu əməkdaşlıqda dövlətin maraqlı olduğu açıq-aşkar ortadadır". Onun sözlərinə görə, bəzən bu qurumların konkret dövlətimizlə bağlı uyğun olmayan münasibətini görürük: "Təbii ki, bir çox hallarda Azərbaycana qarşı qərarların qəbul edilməsində qərəz görünür və bu qərarların qəbulunda erməni diasporunun da rolu az olmur. Birbaşa Qarabağla bağlı məsələdə, milli maraqlarımıza bağlı məsələlərdə bu qurumların ədalətsiz mövqeyi ilə rastlaşırıq. Açıq danışmaq lazımdır ki, beynəlxalq təşkilatlar bir çox halllarda dünyanı idarə edən güc mərkəzlərinin əlində bir vasitə rolunu oynayır, iri dövlətlərin bir ruboruna çevrilir. Bu asıllıq var. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycan hakimiyyəti bütün təşkilatlarla qarşılıqlı münasibətlər çərçivəsində əməkdaşlığını davam etdirməlidir. Bəzən bir neçə adamın rəyinə rast gəlirik ki, sanki onlar Azərbaycanın beynəlxalq təşkilatlardan çıxmasını "uğur" kimi cəmiyyətə çatdırmaq istəyir. Mən bunun yolverilməz olduğunu düşünürəm! Erməni kimi düşmənimiz olan yerdə mütləq Azərbaycan olmalıdır! Özü də söhbət dünyanın ən nufuzlu təşkilatlarından gedir".
Alim