Müxalifət gəncləri xaosa səsləyir

Milli Şura növbəti aksiyaya hazırlaşır. 23 sentyabr uğursuzluğundan nəticə çıxarmayan, aöalarından aldıqları pulun müqabilində ortaya qüvvə çıxara bilməyən radikallar oktyabrın 7-nə daha bir mitinq təyin ediblər. Bakı meriyası da öz növbəsində radikalların aksiyasına icazə verib.

Ancaq anlamır ki, belə yalanlarla indi müasir təhsilli, ağıllı gəncləri aldatmaq olmaz

Milli Şura növbəti aksiyaya hazırlaşır. 23 sentyabr uğursuzluğundan nəticə çıxarmayan, aöalarından aldıqları pulun müqabilində ortaya qüvvə çıxara bilməyən radikallar oktyabrın 7-nə daha bir mitinq təyin ediblər. Bakı meriyası da öz növbəsində radikalların aksiyasına icazə verib. Beləliklə, Əli Kərimli və yaxın ətrafı ciddi cəhdlə həmin aksiyaya hazırlaşır. Bütün sosial şəbəkədəki ətrafını demək olar ki, aksiyaya adam toplamağa səfərbər edib. Hər gün Əli Kərimli başda olmaqla onun ətrafı sosial şəbəkələrdə cəmiyyətə təsir edə biləcək pafoslu sözlər, ifadələr paylaşmaqla insanları xaosa, anarxiyaya sürükləmək istəyirlər. Yenə də radikalların əsas müraciət istiqaməti ölkədəki dindarlaradır. Aksiyaya dindarları da cəlb etməklə 7 oktyabr mitinqini daha izdihamlı göstərmək istəyirlər. Ancaq unudurlar ki, Azərbaycan xalqı artıq neçə ildir ki, xaos, anarxiyanəı dəstəkləmir, ölkənin sivil, demokratik, sakit vəziyyətdə inkişafını istəyir. Və hazırda da Azərbaycan dövləti bu istiqamətdə addımlayır. İlhaiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki,

"müxalifət" yenə neçə gündür ki, sosial şəbəkələrdən gəncləri, xüsusilə dindarları xaosa səsləyir: "Anlamır ki, belə yalanlarla indi müasir təhsilli, ağıllı gəncləri aldatmaq olmaz. Xüsusilə bu məsələdə dindən, dindar gənclikdən istifadəyə üstünlük verirlər. Anlamırlar ki, əsl dinini doğru, düzgün bilən hər bir gənc başa düşür ki, mitinqlərdə iştirak edib qarışıqlıq salmaq Allah yanında ən böyük günahdır və bunun həm bu dünyada, həm də axirətdə böyük zərərləri olur. Bunu anlaya bilməyənlər onsuz da cəzalarını hələ də çəkməyə davam edirlər. Heç olmasa digər gənclər aldanmasınlar". Əkrəm Həsənovun sözlərinə görə, bütün müsəlmanlar bilirlər ki, İslamda mitinq yoxdur: "Belə bir anlayış heç bir peyğəmbərin və imamın həyatında baş verməyib. Musa peyğəmbərə Allah tərəfindən vəhy olunub ki, gedib Fironla mülayim şəkildə söhbət edib Allahın var olduğunu ona bildirsin, onu Allahın yoluna dəvət etsin. Burada heç bir mitinqdən söhbət gedə bilməz. İmam Hüseyn isə 63 il babası qədər ömür sürüb, heç zaman ömrünün sonuna qədər yaşadığı ölkədə ölkə rəhbərinə qarşı çıxmayıb və onda belə xəvariclik ideologiyası mövcud olmayıb. Onun məqsədi sadəcə Kufələlilər ona məktub yazıb dəvət etidkləri üçün o olub ki, gəlib onlarla ölkə rəhbərinin arasını düzəltsin. Ancaq yolda onu şəhid ediblər. Burada da İmam Hüseyn heç zaman ölkə rəhbərinə qarşı baş qaldırmayıb. Sadəcə onu Kufə camaatı aldadıb ora dəvət ediblər və gələndə onu tək qoyub aradan çıxıblar. Ölkədə xaosa qoşulmaq istəyənləri Musa Peyğəmbərlə və İmam Hüseynlə aldatmaq istəyirlər. Halbuki bunu edənlər hər iki böyük şəxsiyyətə böhtan atmış olurlar. Bunu bilmək lazımdır ki, tarixdə şərq ölkələrində, xüsusi ilə müsəlman ölkələrində, əhalisi müsəlmanlar olan ölkələrdə mitinq anlayışı mövcud olmayıb". Əkrəm Həsənov qeyd edib ki, bu hərəkət müasir dövrlərdə İslam aləminə, zəif müsəlmanlara qərbdən gəlib: "İslam aləmində mitinq eləmək, küçələrə çıxmaq, hay-küy salmaq heç vaxt olmayıb. İslam dini insanlara qarşı mülayim olmağı, başqalarının haqqını qorumağı, başqalarına qarşı, hətta kafirə qarşı yumşaq davarnmağı, insanlar arasında sülhü bərqərar etməyi, əmin-amanlıq yaratmağı, xaosdan uzaq durmağı öyrədir. Müsəlmanlar bu cür yaramaz işlərdən çəkinməlidirlər. Əgər müsəlmanlardan kiminsə haqqı tapdalanırsa, haqqı əldə etməyin sivil qaydaları və formaları var. Mitinq yolu ilə, zərbə yolu ilə, səs-küy salaraq küçələrə çıxmaqla, kənara, ətraf mühitə zərər vurmaqla, başqalarına əziyyət verməklə haqqı almaq yox, başqalarının haqqını əlindən almış olursan. Ona görə də İslam dini başqalarının haqqını tapdalamağı müsəlmana qadağan edir. Müasir böyük islam alimi Şeyx Saleh əl-Fövzan belə deyir: "Nümayişlər (mitinqlər) İslam dinində yoxdur və müsəlmanın əxlaqından sayılmır. Bu müsəlmanlara Qərb cəmiyyəti tərəfindən müsəlman camaatı parçalamaq, insanlar arasında təfriqə salmaq və onlar arasında düşmənçilik yaratmaq üçün gəlib". Belə etməklə də bu mitinqə çıxanları qızışdıranlar öz məqsədlərinə nail ola bilirlər. Mitinqə çıxanlar özləri nəyisə qazanmaq yox, öz həyat yollarını və gələcək yaşayışlarını itirmiş oldular. Mitinqə çıxmağın müsbət cəhətdən heç bir nəticəsi olmur. Əksinə əvvəl müsbət olan məsələlər mənfiliyə doğru dəyişir". İlahiyyatçı deyib ki, cəmiyyət içərisində İslamdan anlayışı olmayanlar dərhal İslama və müsəlmanlara qarşı aqressiv olurlar: "İslamda olanlar gərək özlərini İslama yaraşan şəkildə cəmiyyət içərisində təqdim etsinlər, digər insanlara nümunə olsunlar. İslamda olmayanlar da İslama gəlsinlər. Xülasə olaraq bütün İslam alimləri yekdil qərara gəliblər ki, mitinq haramdır, nümayişlərdə iştirak etmək dini cəhətdən böyük günahdır, hüquqi dünyəvi cəhətdən də cinayət hesab edilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31