Gündəm
Həbs yerlərində saxlanılan şəxslərin hansı hüquq və azadlıqları var?
Hüquqşünas Alim Hüseynli bildirib ki, tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqi vəziyyəti qanunvericiliklə tənzimlənir. Belə ki, tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və digər qanunlar ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.
Cavid Hüseynov: "Öz oyunum bərbad idi"
Məğlubiyyət həmişə acı olur. İstərdik ki, azarkeşlərimiz önündə qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edirdik. Sadəcə, alınmadı. Bu sözləri millimizin futbolçusu Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Avropa bu xəbərlə çalxalanır — Almaniyanın Bavariya əyaləti müstəqillik istəyir
Almaniyanın ən varlı əyalətlərindən olan Bavariya müstəqillik istəyir. Əyalətin "Bavariya" partiyası kataloniyalılardan təsirlənərək Almaniyadan ayrılmaq üçün fəaliyyətə başlayıb.
Qadın müəllim maşın idarə etdiyi zaman infarkt keçirdi - Dəhşətli qəzanın VİDEOsu
İstanbulda avtomobilini idarə edərkən infarkt keçirdiyi deyilən gənc qadın müəllim Ezgi T.-nın (27) maşını öncə başqa bir maşını, daha sonra bir kafe işçisini vuraraq güclə dayanıb. Ötən axşam yerli vaxtla saat 20:45 radələrində qeydə alınan hadisə sonrası qadın və maşınla vurduğu 27 yaşlı Özgür G. ağır yaralı olaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Yaponiya sahillərində zəlzələ - 6 bal
Yaponiyanın sahillərindən 300 kilometr məsafədə okean sularında zəlzələ baş verub. Məlumata görə, Yaponiya meteorloji xidməti zəlzələnin 6 bal gücündə olması barədə xəbər yayıb. Zəlzələnin episenti 10 kilomet dərinlikdə olub. İnsan təlafatı və dağıntılar barədə hələ məlumat daxil omayıb.
Vətəndaş cəmiyyəti Aprel qəhrəmanlarının təbliğində fəal rol oynayır
Yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır: Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Sevindirici hal ondan ibarətdir ki, bu işlə təkcə dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatları da məşğul olurlar.
Separatizm dalğası Avropanı cənginə aldı - Növbədə Almaniya
“Bavariyanın müstəqilliyi, onun Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır”. Bu iddialar Almaniyanın Bavariya Partiyası tərəfindən səsləndirilib. Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir. Kataloniyanın müstəqillik referendumuna getməsi bu bölgədə yaranan müstəqillik mübahisələrini daha da alovlandırıb.
Yaşadığı evdə özünü asdı
Qubada intihar qeydə alınıb. Məlumata görə, rayonun Digah kəndinin sakini, 1940-cı il təvəllüdlü Nazir İdris oğlu Əsədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Komitə sədri: Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur
“Azərbaycanda son 20 ildə aparılmış iqtisadi islahatlar uğurlu olub.” “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Avtobusla traktor toqquşub
Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub. Məlumata görə, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. “Hyundai” markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla “Combi” markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
Sakinlər yanan binadan təxliyə olunublar
Sumqayıtda yaşayış binasında yanğın olub.“Olaylar”ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb.
Arif Əsgərovun oğlu: "Xalamdan 500 min dollar, daha sonra 200 min dollar alıb ona vermişəm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.
MTRŞ televiziya və radiolarda ədəbi dillə bağlı əsas problemləri açıqlayıb
"2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı". Məlumata görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub
Yeni tədris ilində Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar vəzifədən kənarlaşdırılır. O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq: "Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır.
Lavrov: "Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik"
Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovqazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.














