Vətəndaş cəmiyyəti Aprel qəhrəmanlarının təbliğində fəal rol oynayır

Yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır: Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Sevindirici hal ondan ibarətdir ki, bu işlə təkcə dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatları da məşğul olurlar.

Yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır: Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Sevindirici hal ondan ibarətdir ki, bu işlə təkcə dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatları da məşğul olurlar.

Gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunmasına ən müsbət təsir göstərən amillədən biri milli qəhrəmanlarımızın onlara tanıdılması, təbliğ edilməsidir. Xüsusilə, keçən ilin aprel hadisələri zamanı xüsusi qəhrəmanlıq nümayiş etdirərək ərazilərimizin bir hissəsini düşmən tapdağından azad edən igid oğullarımızın qəhrəmanlıqları gənc nəsilə çatdırılmalı, onların keçidyi şanlı döyüş yoşu barədə gənclərimizdə geniş və ətraflı şəkildə bilgi formalaşdırılmalıdır. Bu mənada qeyd edilən istiqamətdə görülən işləri təqdir etmək olar. Paytaxt və regionlarda Aprel şəhidlərinin adlarının əbəbdiləşdirilməsi, onların adına küçə və prospektlərin verilməsi, büstlərinin ucaldılması, eləcə də aprel şəhidlərimiz barədə maarifləndirici addımların atılması deyilənlərin sübutudur.

Qeyd etdiyimiz kimi dövlətlə yanaşı qeyri-dövlət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri də Aprel qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunun gənclərə çatdırılması istiqamətində məqsədyönlü addımlar atırlar. Bu mənada ayrı-ayrı qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr xüsusi qeyd edilməlidir.

Məsələn Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği"  layihəsi də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, 3 ay müddətində icra edilən layihə  2016-cı ilin aprel ayında cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun, əsgər və zabitlərin göstərdiyi şücaətdən bəhs edir. Ümumiyyətlə, layihənin məqsədi KİV-də Aprel şəhidlərinin təbliğini həyata keçirmək, milli vətənpərvərlik hissini sistemli şəkildə yüksəltməkdir.

Yaxud Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi həyata keçirib ki, bu da Aprel qəhrəmanlarımızın gənclərimiz arasında tanıdılması baxıməndan mühüm layihələrdən, atılan adımlardan sayıla bilər. Qeyd edək ki, həyata keçirilən layihə çərçivəsində rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkiblər. Sözügedən layihənin də məqsədi əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etmək olub.

Eləcə də Bilik Fodunun Aprel qəhrəmanlarının xatirəsinin uca tutulması istiqamətindəki fəaliyyəti təqdir edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da müntəzəm olaraq Aprel qəhrəmanlarının əziz xatirəsini əbədiləşdirmək istiqamətində keçirilən tədbirlərə dəstək verib. Bu mənada "Azərbaycan bayrağı" ordenli Şəhid pilot Təbriz Musazadə" adına Təhsil və incəsənət hazırlıq mərkəzinin açılış mərasimində Fondun rəsmilərinin iştirakı müsbət qeyd edilməlidir.

Heç şübhəsiz ki, bütün bu müsbət qeyd etdiyimiz amillər, şəhidlərimizə, milli qəhrəmanlarımıza göstərilən yüksək etimad gəncləri daha da vətənpərvər olmağa sövq edir. Xüsusilə, bu gün Azərbaycan gənci Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən bu məsələdə örnək götürür, dövlət başçısının şəhidlərin ruhuna döstərdiyi diqqət və ehtiramdan, milli qəhrəmanlarımza sayğıdan ruhlanır. Bu gün Ali Baş Komandan sözün həqiqi mənasında gənclər üçün bir örnəkdir və onun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Elə bütün bunların bariz nümunəsi idi ki, keçən ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir. Ümid edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd və vətənpərvər oğulları tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər. Və Aprel zəfəri kimi Azərbaycan yeni-yeni qəhrəmanlıq tarixi yazacaq.

Süleyman

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31