Kreml Ukrayna ilə sülh danışıqları üçün zəmin olmadığını bildirdi – ÖZƏL

Kreml Ukrayna ilə sülh danışıqları üçün zəmin olmadığını bildirdi - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hazırda Ukrayna üzrə danışıqların sülh məcrasına yönəlməsi üçün heç bir zəmin yoxdur, lakin Rusiya tərəfi dialoqa açıq qalmaqda davam edir. Kremllə bərabər, Avropa ölkələrinin silah alışı üçün yeni vəsaitlər axtardığı, Kiyev rejiminin isə terror fəaliyyətini sürdürdüyü vurğulanıb. 

Peskov Vladimir Putinlə Volodimir Zelenski arasında olası görüşə də toxunaraq bildirib ki, Zelenski istənilən vaxt Moskvaya gələ bilər, ona lazımi təhlükəsizlik zəmanətləri veriləcək və o, hansı qərarları qəbul etməli olduğunu yaxşı bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31