Cənubi Qafqazda güclər nisbətinin qorunmasını vacib sayır – ÖZƏL

Cənubi Qafqazda güclər nisbətinin qorunmasını vacib sayır - ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami APRI Forum 2026-da bildirib ki, regionda status-kvonun qorunması, geopolitik dəyişikliklərin qarşısının alınması və Ermənistanla Azərbaycan arasında real güclər balansının olması sabit sülh üçün şərt. O, xarici güclərin Cənubi Qafqazı rəqabət meydanına çevirməsinin mənfi fəsadlar doğuracağını vurğulayıb. 

Tehran Ermənistanın suverenliyinə xələl gətirməyən və regionda ABŞ-nin hərbi iştirakını istisna edən nəqliyyat layihələrini (o cümlədən TRIPP proqramını) dəstəkləyir. İran tərəfi Ermənistanı Avropaya açılan mühüm quru qapısı sayır və İrəvanı kommunikasiyaların açılması zamanı Tehranın təhlükəsizlik risklərini nəzərə almağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31