Böyük Britaniya Çaqos müqaviləsini yenidən nəzərdən keçirəcək-ÖZƏL
14:23 DünyaBöyük Britaniya ABŞ administrasiyasının mövqeyi ilə əlaqədar Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan müqaviləni yenidən nəzərdən keçirəcək.
Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq BBC-yə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları onun Çaqos müqaviləsinə münasibətinin dəyişmədiyini göstərir.
Nazirin sözlərinə görə, London müqaviləni ABŞ-ın dəstəkləyə biləcəyi formaya salmaq üçün Vaşinqtonla danışıqları davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31