Gündəm
Boks üzrə gənclərdən ibarət komandamız son sınaq döyüşlərini keçirəcək
Boks üzrə gənclərdən ibarət Azərbaycan yığması Avropa birinciliyinə hazırlığı davam etdirir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Vaqif Şirinovun başçılıq etdiyi komanda təlim-məşq toplanışının son hissəsini Boks Mərkəzində keçir. Nalçik şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutan millimiz plana uyğun olaraq, gündə 2 və ya 3 məşqə çıxır.
Elzadan Tacirə CAVAB: “Həmin insan yaltaq olmaq üzrə dahidir” - QALMAQAL
Əməkdar artist Elza Seyidcahan həmkarı Tacir Şahmalıoğlunun onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. Açıqlama verən ifaçı fikirlərini belə izah edib: “Mənə elə adamlar dahi deyib ki, Tacir bunu başa düşməz. Onunla sadəcə bir neçə verilişlərdə qarşılaşmışıq. O, bəstəkar olsaydı, dahiliyimə qiymət verərdi, amma bəstəkar deyil. Mən dahilər məktəbində dərs almışam. Həmişə demişəm ki, dahinin yaşı olmur. Hamını dahi hesab edirəm. Öz yolunu, istiqamətini düzgün seçən, insanlara insan olaraq dəyər verməyi bacaran hər kəs dahidir. Dahiliyin standart bir çərçivəsi yoxdur. Elə adamlar var, görürsən kiməsə maddi vəziyyətinə görə yaxınlıq edir, onlara gözəl xitablar edir. Halbuki bu, onun içindən gəlmir. Deməli, həmin insan ikiüzlü, yaltaq olmaq üzrə dahidir. Gəlin, biz yaxşı əməllərimizə, sənətimizə görə dahi olaq”.
Kosta-Rikada fövqəladə vəziyyət elan olunub - Səbəb "Neyt"...
Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Məlumata görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub.
"Azərbaycanda siyasi fəaliyyət azadlığı var"
Azərbaycanda bütün azadlıqlar təmin edilir, ölkəmizdə siyasi fəaliyyət, ifadə, mətbuat azadlığı var. Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycanda azadlıqların təmin olunması ilə bağlı səsləndirdiyi fikrlərə münasibət bildirərkən deyib.
Cazibədar türk müğənni Zauru heyran qoydu - Boynu qırılsın o sevgilinin. Mən belə qıza...
Dünən Xəzər televiziyasında Zaur Kamalın verilişində qonaq olan türkiyəli cazibədar müğənni Fulinona göstərilən diqqət qarşısında "özünü itirib". Müğənni ilk ifasını etdikdən sonra aparıcı müğənniyə "Fulin, "fulsan". Sizdə də "ful" kəlməsi var. Biz, məsələn, yaxşı maşına "fuldur" deyirik. Amma mən sənə elə öz adını - Fulin deyəcəm" ifadələrini işlədib.
Rekord müəyyənləşdirdi - İndi söz Ronaldunundu
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib. Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb.
Əli Mirəliyevin gəlini evdən getdi: "Ana uşağın görmək istəmir"
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişində ekspert qismində əyləşən müğənni Əli Mirəliyev gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirib. Mövzusu yarımçıq bitən ailə həyatlarına həsr edilən verilişdə Əli Mirəliyev heç zaman açıqlamadığı bir etiraf etmək istədiyini bildirib.
6 şagird və müəllimələri diri-diri yandı - Bağçada faciə
Braziliyanın Janauba şəhərindəki bağçada faciə baş verib. Bağçanın mühafizəçisinin uşaqların üstünə spirt püskürtməsi nəticəsində 6 uşaq və onların müəllimləri diri-diri yanıb, 50 nəfər ağr bədən xəsarətləri ilə xəstəxanaya yatırılıb. Hadisəni törədən mühafizəçinin özü də yanıb. 4 uşaq hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəstəxananın baş həkimi Bruno Ataide Santos açıqlamasında bildirib ki, yanğın törədən, yaşı 50-dən çox olan mühafizəçi Damiao Soares də xəstəxanada ölüb.
Almaniyada 7 nəfər "Ksavye"nin qurbanı oldu
Almaniyanın şimalında güclü külək və yığışla müşayiət olunan "Ksavye" siklonu tüğyan edir. Siklon nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilir. Brandenbur polisi 4 nəfərin ağacın aşması nəticəsində altında qalaraq ölməsini bildirib. Məlumata görə, ölənlərin əksəriyyəti avtomobillərdə olub. Teqel şəhərində də ağacın maşının üstünə aşması nəticəsində 1 qadın həlak olub. Daha 24 nəfərin müxtəlif xəsarət aldıqları bildirilir.
QHT TV “Mənim Uğur yolum” layihəsinin rəsmi media tərəfdaşı seçildi
Bu gün “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi ilə QHT TV arasında media tərəfdaşlığı ilə bağlı Anlaşma memorandumu imzalanıb. “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim Uğur Yolum” layihəsinin rəsmi media tərəfdaşı QHT TV seçilib.
Maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyi keçirilib
Oktyabrın 5-də "Müəllimlər günü" kimi əlamətdar bir gündə Rayon Təhsil Şöbəsinin təşəbbüsü və təşkilatçılığı və ziyalıların dəstəyi ilə Rayonun Bozayran kəndindən olan məşhur maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyinə həsr edilmiz xatirə gecəsi Yardımlı şəhərində keçirildi.
"Evlilikdən qabaq bir neçə il bir yerdə yaşayırlar" - Bahar Lətifqızı
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişində Rövşanənin qonağı olan müğənni Bahar Lətifqızı maraqlı açıqlamaları ilə yadda qalıb. Həyatı uşaq evində keçən xanım müğənni ikinci dəfə qurduğu ailəsinin dağılmasından ən çox zərbəni övladının aldığını dilə gətirib.
Rekord müəyyənləşdirdi - İndi söz Ronaldunundu
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib. Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb. Levandovski bu nəticə ilə rekord müəyyənləşdirib. Əvvəlki rekord Almaniya yığmasının sabiq üzvü Herd Müllerə məxsus olub. O, 14 qol vurub. Maraqlıdı ki, Portuqaliya yığmasının hüçumçusu Kriştianu Ronaldu da cari seçmə mərəhələdə 14 qol vuraraq, Müllerə çatıb.
Məhəbbət Vəliyeva: "Qafar Hüseynov xəstəliyə görə işə çıxmır"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 200 və 43 saylı Məktəb-lisey kompleksinin direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib. M.Vəliyeva jurnalistlərə bildirib ki, məktəb-liseyin direktoru hazırda sağlamlıq vəziyyətinə görə işə çıxmır.
Tramp İranla nüvə müqaviləsini ləğv edəcək — YENİ İDDİA
ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır. Bu barədə nüfuzlu "Washington Post" qəzeti məqalə dərc edib. Vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır. Xəbərə əsasən, Tramp 12 oktyabr tarixində Orta Şərq haqqında çıxış edəcək və İrana aid planını elan edəcək.














