Rekord müəyyənləşdirdi - İndi söz Ronaldunundu

Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib.  Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb.

Levandovski bu nəticə ilə rekord müəyyənləşdirib. Əvvəlki rekord Almaniya yığmasının sabiq üzvü Herd Müllerə məxsus olub. O, 14 qol vurub. Maraqlıdı ki, Portuqaliya yığmasının hüçumçusu Kriştianu Ronaldu da cari seçmə mərəhələdə 14 qol vuraraq, Müllerə çatıb.

Onun polşalını keçmək şansı var. Portuqaliya yığmasının seçmə mərhələdə 2 oyunu qalıb, Polşa isə bir dəfə meydana çıxacaq. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31