Kosta-Rikada fövqəladə vəziyyət elan olunub - Səbəb "Neyt"...
Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Məlumata görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub.
6 Oktyabr 2017 12:17 DünyaKosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Məlumata görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub. Son məlumata görə, qasırğa azı 7 nəfərin həyatına son qoyub, daha 10 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilir. Qasırğanın ölkədə dağıntılara səbəb olduğu barədə də məlumat verilib. Ölkədə məktəblərdə də dərslər dayandırılıb. Sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31