Pentaqon Ukrayna ilə hərbi əməkdaşlıq məsələlərindən uzaqlaşıb- ÖZƏL

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2025-ci ildə Kiyevlə təmaslardan sonra Ukrayna ilə bağlı məsələlərə marağını azaldıb və bu ölkə ilə hərbi əməkdaşlıq təşəbbüslərinə əvvəlki dəstəyi göstərməyib.
Olaylar.az xəbər verir ki,  "The Atlantic" jurnalının məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Kiyevlə keçirilən görüşdən sonra Ukrayna ilə bağlı hesabat və təkliflərə mənfi münasibət göstərib. Nəşrin həmsöhbəti olan amerikalı hərbçi bildirib ki, Ukrayna ilə bağlı təkliflər Pentaqonda, ən yaxşı halda, istehza ilə qarşılanıb.
Bildirilib ki, Heqset müdafiə naziri vəzifəsinə təyin edildikdən sonra onun sələfinə münaqişənin gedişatı ilə bağlı müntəzəm təqdim olunan həftəlik hesabatların hazırlanması dayandırılıb.
Jurnalın yazdığına görə, Pentaqonun bu mövqeyi ABŞ hərbçilərinin Ukraynanın pilotsuz uçuş aparatları (PUA) texnologiyası üzrə mütəxəssisləri ilə əməkdaşlığına da təsir göstərib. Belə ki, Almaniyada yerləşən ABŞ hərbi qulluqçuları ölkə rəhbərliyini Amerika bazalarının İranın "Şahid" tipli hücum dronlarından qorunması üçün Ukraynada istehsal olunan ucuz ələkeçirici dronlardan istifadə etməyə inandırmağa çalışıblar. Lakin nəşrin mənbələrinin sözlərinə görə, bu təkliflər Pentaqonda lazımi dəstəyi qazanmayıb.
"The Atlantic" qeyd edir ki, sonradan ABŞ hərbçiləri Yaxın Şərqdə oxşar dron hücumları ilə üzləşiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31