Azərbaycanda daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.

"Qafqazinfo"  xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31