Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər

Bu ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 180 398 nəfər olub.

Milli.Az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 40,8 %-ni kişilər, 59,2 %-ni isə qadınlar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31