Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir: Onlarla bank da hədəfə alınacaq- ÖZƏL
11:24 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində onlarla Rusiya bankı da daxil olmaqla, ümumilikdə 137 fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır. Bu barədə "EUobserver" nəşri Aİ-nin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar banklarla yanaşı, media nümayəndələrini də əhatə edəcək. Məhdudiyyətlər çərçivəsində siyahıya daxil ediləcək şəxslərin və qurumların aktivlərinin dondurulması, eləcə də fiziki şəxslərin Avropa İttifaqına girişinin qadağan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl Brüsseldəki mənbə TASS-a açıqlamasında Aİ-yə üzv ölkələrin səfirlərinin Rusiyaya qarşı sanksiya siyahısının yeni genişləndirilməsini razılaşdırdıqlarını bildirmişdi. Yeni siyahının 43 fiziki şəxs və 100-ə yaxın qurumu əhatə etdiyi qeyd olunmuşdu.
Mənbənin sözlərinə görə, sözügedən məhdudiyyətlər hazırlanmaqda olan 22-ci sanksiya paketinə daxil deyil. Yeni sanksiyaların noyabrın 16-da Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənməsi və həmin gün qüvvəyə minməsi gözlənilir.