Polyanski: Avropanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişir- ÖZƏL
11:03 SiyasətAvropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyində son illər ərzində tədricən dəyişiklik müşahidə olunur. Hazırda Avropa ölkələri inkar mərhələsindən qərar qəbuletmə mərhələsinə keçid edir.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, son illərdə Avropanın Ukrayna məsələsinə yanaşmasının dəyişdiyini inkar etmək mümkün deyil. Diplomat qeyd edib ki, hazırda əvvəlki inkar mərhələsi başa çatıb və növbəti mərhələ qərarların qəbul edilməsi ilə bağlıdır.
Polyanski bu dəyişikliklərin xüsusilə ATƏT çərçivəsində özünü göstərdiyini vurğulayıb. O bildirib ki, əvvəllər Avropa ölkələri Ukraynanın qələbəsini təmin etmək üçün mümkün olan bütün addımların atılmasından danışır, daha sonra isə Kiyevin danışıqlarda güclü mövqeyə sahib olması üçün dəstəyin davam etdiriləcəyini bəyan edirdilər.
Diplomatın fikrincə, hazırda diqqət Ukraynanın məğlubiyyətinin qarşısını almağa yönəlib. Bununla yanaşı, Polyanski Avropada Ukrayna ilə bağlı ictimai müzakirələrin və yanaşmaların dəyişməsinin kifayət qədər ləng getdiyini də qeyd edib.