Gündəm

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

6 Oktyabr 2017 11:43

"Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir". Bunu Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.

“Qarabağ”ın rəqibindən ŞOK açıqlama - Azarkeşlərə bilet satılmayacaq

6 Oktyabr 2017 11:40

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Madridin "Atletiko" klubu "Barselona" ilə keçirəcəyi oyunla bağlı gözlənilməz qərar qəbul edib. Oktyabrın 14-də keçiriləcək matçda klub qonaq komandanın azarkeşlərinə bilet satmayacaq."Sky  Sports" portalının verdiyi məlumata görə, “Atletiko” bu qərarı klubun yeni stadionu olan "Vanda Metropolitano"nun nəqliyyat problemləri ilə əlaqələndirib.

Las-Veqas terrorçusunun dəhşətli planları ORTAYA ÇIXDI

6 Oktyabr 2017 11:39

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını güllələyən Stiven Peddok bir sıra başqa hücumlar da hazırlayırmış. Bu haqda məlumatı “Assoşieyted Press” hadisənin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının işçilərinə istinadən yayıb. Anonim Amerika federal məmuru qeyd edib ki, Peddok avtomobillərin partlayışlarının seriyasını hazırlayırmış. İstintaqın məlumatına görə, Peddok hadisəyə az qalmış başqa böyük musiqi fevtivalları keçirilən Çikaqo və Las-Veqas mehmanxanalarında nömrələr tutub. Məsələn, Peddok avqust ayında “Lollapalooza” festivalının keçirildiyi yerin yaxınlıqda yerləşən Çikaqo mehmanxanasında iki nömrə tutub. Ancaq ora yerləşməyib. Sentyabrın sonunda isə o, Las-Veqasda pəncərələri “Life is Beautiful” musiqi festivalının keçirildiyi əraziyə açılan nömrələr sifariş verir.

Əli Həsənov: "Dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik"

6 Oktyabr 2017 11:36

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans başlayıb.

Türkiyədə 119 miqrant saxlanıldı

6 Oktyabr 2017 11:27

Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.

Kürd referendumu İran və Türkiyəni birləşdirir

6 Oktyabr 2017 11:24

Yaxın Şərqdə baş verən son hadisələr, xüsusən də Suriyadakı gərginlik, eləcə də İraqın şimalında kürdlərin referendum təşəbbüsü regionun nüfuzlu dövlətləri - İran və Türkiyəni ciddi şəkildə narahat edir. Heç kimə sirr deyil ki, Qərb bu layihəni ortaya atmaqla bölgədə növbəti bir gərginlik ocağı yaratmaq istəyir. Məhz bu təhlükə də iki əzəli rəqib - İran və Türkiyəni bir-biri ilə yaxınlaşdırmağa məcbur edir. Hər iki ölkə liderləri ilk gündən referendum təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunun regionda gərginliyə səbəb olacağını bildiriblər. 

ABŞ ordusu Körfəz ölkələri ilə hərbi təlimləri dayandırdı

6 Oktyabr 2017 11:21

Qətər böhranından sonra ABŞ ordusu Körfəz ölkələri ilə hərbi təlimlər həyata keçirəcəyi bəzi hərbi təlimləri təxirə salmağa hazırlaşır. Bu məlumatı nüfuzlu "Associated Press" agentliyi yayıb. Böhranda rəsmi Dohanı günahlandıran ABŞ 4 aydan sonra fərqli bir addım atır. ABŞ ordusu Körfəz ölkələri ilə planlaşdırılan bəzi hərbi təlimləri dayandırır.

Rusiyada qatar sərnişin avtobusu ilə toqquşdu — 17 ölü

6 Oktyabr 2017 11:20

Rusiyanın Vladimirsk vilayətində dəhşətli nəqliyyat hadisəsi baş verib. Vilayətin Pokrov şəhərində qatar sərnişin avtobusu ilə toqquşub. Nəticədə 17 nəfər həlak olub. On nəfərdən çox insan, eyni zamanda azyaşlı uşaq xəsarət alıb. Rəsmi qurumların verdiyi məlumata əsasən, qatar Peterburqdan Nijniy Novqorod istiqamətində hərəkət edirmiş. Avtobus isə Qazaxıstandan Moskvaya sərnişin aparırmış. Avtobusda 56 sərnişin olub.

Əli Kərimli terrorçu üçün mitinq keçirir –  FOTOLAR

6 Oktyabr 2017 11:15

Çox vaxt qeyri-ciddi saytları oxucu toplamaq üçün ağızlarına gələni yazmaqda qınayırıq. İndi isə məlum olur ki, bu axırıncı yola təkcə ucuz jurnalistlər yox, ucuz siyasətçilər də əl atırlarmış. Fərq ondadır ki, onların məqsədi sayta “ay-pi” deyil, mitinqə adam toplamaqdır. Metodlar isə eynidir.

Nikaraquada leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb

6 Oktyabr 2017 11:13

Nikaraquada "Neyt" tropik fırtınasından sonra baş verən güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8-ə çatıb.  Bu haqda ölkənin vitse-prezidenti Rosario Murilyo xəbər verib. Daha əvvəl 4 nəfərin öldüyü və 9 nəfərin itkin düşdüyü haqda məlumat verilirdi.

Körpələrin ana südü ilə qidalanması 30%-dən 65%-ə qədər artıb

6 Oktyabr 2017 11:08

Azərbaycanda ölkə üzrə ana südü ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb. Məlumata görə, ana südü ilə qidalandırma layihəsi çərçivəsində aparılan araşdırmalar bunu göstərib. Bununla bağlı ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdən ibarətdir.

Deputat: Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı

6 Oktyabr 2017 11:06

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurasının bəzi rəhbərlərinin, bəzi dairələrinin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyini tam əsaslandırılmış şəkildə onların diqqətinə çatdırdı.

2 bin yıllık zeytinyağı atölyesi

6 Oktyabr 2017 11:05

Denizli'nin Buldan İlçesi'ndeki Tripolis Antik Kenti'ndeki kazılarda, 2 bin yıllık zeytinyağı atölyesi gün ışığına çıkarıldı. Tarihe ışık tutacak atölyenin bu bölgenin zeytin bakımından zenginliğini ortaya koyduğu belirtildi. APOLLON HEYKELİ Antik Kentte Apollon heykeli bulundu Yenicekent Mahallesi yakınlarındaki antik kent Tripolis'te Pamukkale Üniversitesi Fen Edebiyat Fakültesi Arkeoloji Bölümü Öğretim Üyesi Doç.Dr. Bahadır Duman başkanlığında yapılan kazı çalışmalarında asırlar öncesine uzanan yeni kalıntılar çıkarıldı.

“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” -  Aleksandr Duqin

6 Oktyabr 2017 11:04

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər”. Bu sözləri “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin deyib. Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Erməni-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir:  “Bu böranın həllinə nail olmaq lazımdır. Hesab edirəm, prezidentlərin görüşündəQarabağın 5 rayonun azad edilməsi məsələsi qaldırılacaq, ancaq problem ondadır ki,Ermənistanın nəzarətində olan 5 rayonun Azərbaycana qaytarılması həm Ermənistan, həm Rusiya, həm də Azərbaycan mətbuatında yanlış işıqlandırılır. Güzəştsiz bir mövqe formalaşdığına görə bu barədə həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda danışmaq çox çətindir. 

Gizli səs qeydinin sirrini Pentaqon açıqladı: Bağdadi yaşayır?

6 Oktyabr 2017 11:02

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl Bağdadiyə aid olduğu iddia edilən səs qeydlərini analiz edib. Pentaqon səs qeydinin Bağdadiyə aid olduğunu təsdiq edib. Pentaqonun Orta Şərq masasının spikerlərindən olan Erik Pahon sözügedən səs qeydlərinin Bağdadinin yaşadığını sübut etdiyini deyib.