Gündəm

Suudi Arabistan BM'nin kara listesine girdi

6 Oktyabr 2017 11:02

Suudi Arabistan öncülüğündeki koalisyon güçleri, Yemen'deki insan hakları ihlalleri ile "yaklaşık 700 çocuğun ölümüne ve sakatlanmasına neden olduğu" gerekçesiyle Birleşmiş Milletler'in (BM) kara listesine eklendi. BM Genel Sekreteri Antonio Guterres, "Çocuklar ve Silahlı Çatışmalar" ile ilgili raporu BM Güvenlik Konseyi'ne sundu. Rapora eklenen kara listede bu yıl Suudi Arabistan da yer aldı. ABD destekli koalisyon güçlerinin BM'nin kara listesine eklenip eklenmeyeceği uzun süre tartışma konusu oldu. Suudi Arabistan öncülüğündeki koalisyon güçleri, Yemen'deki insan hakları ihlalleri üzerine geçen yıl BM'nin kara listesine kısa süreliğine alınmış ancak daha sonra listeden çıkarılmıştı.

"Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil"-  ŞƏRH

6 Oktyabr 2017 11:00

“1988-ci ildə Azərbaycanda baş verənlərə seyrçi mövqedə dayanan Avropa indi özü həmin hadisələrlə üz-üzə qalıb. O zaman Avropanın sərgilədiyi mövqe nəticəsində Dağlıq Qarabağdan başqa 7 rayonumuzun da işğal olunması ilə nəticələndi. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bu mövqe dəyişməz olaraq qalıb”. Bunu açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Məşhur rejissorun keçmiş həyat yoldaşı vəfat etdi

6 Oktyabr 2017 10:03

 “Yeni dalğa” cərəyanının yaradıcılarından biri, müasir kinonun klassiklərindən sayılan Jan Lyuk Qodarın keçmiş həyat yoldaşı Anna Vizemski 70 yaşında vəfat edib. Olaylar bildirir ki, məşhur rejissorun eks həyat yoldaşının ölüm xəbərini qardaşı açıqlayıb. Aktrisa və yazar olaraq tanınan Anna Qodarın “Çinli qız” (1967) və bir neçə filmində rol alıb.

Suriyalı İŞİD – çilər saxlanıldı

6 Oktyabr 2017 09:37

Türkiyənin Bursa vilayətinin İnegöl və Gemlik bölgələrində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, əməliyyat zamanı  6 nəfər şübhəli şəxs saxlanılıb. Təhlükəsizlik qüvvələri əməliyyatı iki bölgədə üç ayrı ayrı ünvanda eyni vaxtda reallaşdırıblar.

Miqrantlar saxlanıldı

6 Oktyabr 2017 09:16

Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.

Mehriban Əliyeva: "Düşmənlərimiz hər cür çirkin əməllərə əl atırlar”

6 Oktyabr 2017 09:14

“Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir”. Bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində söyləyib. Birinci vitse-prezident, Azərbaycanın hazırda inkişaf və tərəqqi yolu ilə irəlilədiyini qeyd edib: “Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik.

AFFA Rəşad Sadıqova xatirə hədiyyəsi verdi

5 Oktyabr 2017 21:31

AFFA prezidenti Rövnəq AbdullayevAzərbaycan milli komandasının heyətində sonuncu - 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib. Sssosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.

Heç kəsin xatırlanmadığı yerdə yaşamağa nə var ki! Təranə Əlizadə yazır...

5 Oktyabr 2017 21:26

III kursda Ədalət mənə ssenari yazmağı tapşırdı. IV kurs rejissor tələbələrdən biri həmin ssenarini diplom işi kimi çəkəcəkdi. Ssenarinin adı belə olmalıydı -“Babam və mən”. Adı eşidən kimi etiraz elədim. Müəllim, baba görməmiş adamam, mənim başımçün deyil bu mövzu. Ssenari yaşantı tələb edir. Biganəliklə “ni çi vooo, yazarsan”- deyib tələm-tələsik getdi.  ...Günlərlə nəsə uydurmağa çalışdım. Və nəhayət yazıb bitirdim. Oxuyub rəy verməsi üçün ssenarini öncə Ədalət evə apardı. 

"Çelsi"nin futbolçusu: "Hazar məndən komandada qalmağımı istədi"

5 Oktyabr 2017 21:00

"Çelsi"nin futbolçusu Mişi Batşuayi ötən yay klubda həmyerlisi Eden Hazarın məsləhəti ilə qaldığını etiraf edib. Məlumata görə, belçikalı hücumçu bunları deyib: "O, mənə dostcasına məsləhət verdi.

Dünyada 14 TB tutumunda ilk sərt disk təqdim edilib

5 Oktyabr 2017 19:58

“Western Digital” şirkəti tərəfindən hazırlanmış “HGST Ultrastar Hs14” modeli dünyada 14 terabayt (TB) tutuma malik ilk sərt diskdir. Korporativ sinfə məxsus məhsullara aid olan yeni sərt diskdə dördüncü nəsil “Western Digital HelioSeal” texnologiyası tətbiq edilib. Heliumla hermetik doldurulma daşıyıcının yüksək tutumuna, etibarlılığına və enerji effektivliyinə nail olmağa imkan verib. 3,5 düymlük form faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin həcmi 512 MB, imtinaya qədər işləmə vaxtı 2,5 milyon saat təşkil edir.

“Oracle” “bulud” servisləri süni intellektlə təchiz edilib

5 Oktyabr 2017 19:54

“Oracle” “bulud” əlavələri maliyyə, kadrlar, istehsal, elektron ticarət, müştəri xidmətləri, marketinq və satış kimi sahələrdə tətbiq oluna biləcək süni intellekt imkanları ilə təchiz olunub. Bu barədə şirkətin məlumatında deyilir.  “Oracle Adaptive Intelligent Apps” adlanan yeni əlavələr süni intellektdən istifadə etməklə çoxfunksiyalı müasir biznes əlavələri təklif etmək üçün mövcud “Oracle Cloud Applications” (o cümlədən Oracle Enterprise Resource Planning Cloud, Oracle Human Capital Management Cloud, Oracle Supply Chain Management Cloud və Oracle Customer Experience Cloud) “bulud” servislərinə quraşdırılıb.

“Google” şirkəti öz yeniliklərini təqdim edib

5 Oktyabr 2017 19:46

“Google” şirkəti “Nexus” istehsal xəttini əvəz edən “Pixel 2” və “Pixel 2 XL” adlı smartfonlarını, həmçinin “Pixelbook” adlı güclü noutbukunu rəsmən təqdim edib. “Pixel 2” smartfonu 1080x1920 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5 düymlük displey, “Pixel 2 XL” isə 1440x2560 piksel təsvir ölçülü,  kiçik çərçivəli və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekranla təchiz edilib. Hər iki smartfon barmaq izi sensoru ilə təchiz edilib, “Qualcomm Snapdragon 835” prosessoru ilə işləyir və 4 QB əməli yaddaşa malikdir. “Pixel 2” və “Pixel 2 XL” smartfonlarında daxili yaddaşın tutumu 64 və ya 128 QB təşkil edir.

“Photoshop” proqramına yeni funksiyalar əlavə olunub

5 Oktyabr 2017 19:37

“Adobe” şirkəti süni intellekt əsasında əlavə funksiyalarla təkmilləşdirilən “Photoshop Elements” proqramının yeni versiyasını təqdim edib. Tərtibatçılar əvvəllər yerinə yetirilməsi üçün peşəkar istifadəçi bacarıqları və çoxlu vaxt tələb edən bir sıra əməliyyatları avtomatlaşdırmağa nail olublar. Məsələn, yeni “Photoshop Elements” versiyası qıyılmış gözləri açmağa imkan verir. Bunun üçün istifadəçidən sadəcə “Open Closed Eyes” funksiyasını aktivləşdirmək və insanın kameraya baxdığı fotoşəkilləri göstərmək tələb olunur. Xüsusi alqoritm modelin baxışını “yadda saxladıq”dan sonra digər şəkilləri avtomatik redaktə edə biləcək.

İlk avtonom yük qatarının sınaqları keçirilib

5 Oktyabr 2017 19:33

“Rio Tinto” konserni Avstraliyanın Pilbara regionunda dünyada ilk maşinistsiz idarə olunan yük qatarının testinə başlayıb. Bir neçə maşinistsiz yük qatarının yaradıldığı “AutoHaul” layihəsinin dəfələrlə avtopilot proqram təminatı və digər gözlənilməz hallarla bağlı problemlərə görə təxirə salınmasına baxmayaraq hazırda qatarın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Sınaq zamanı məsafədən idarə olunan qatar 100 kilometrə yaxın məsafəni qət etməklə avtopilot rejimində nəzarətçi maşınistlərin müşayiəti ilə hərəkət edib. Qatar müstəqil şəkildə 1 km hərəkət etsə də, bu göstərici avtopilotun stabil işləyəcəyini və qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini nümayiş etdirib.