Miqrantlar saxlanıldı
Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.
6 Oktyabr 2017 09:16 DünyaTürkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yollarla daxil olan 119 miqrant saxlanılıb. Saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Ağrı bölgəsindən İstanbula getmək üçün yola düşən avtobus və avtomobil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.
Hadisə ilə bağlı dörd nəfər həbs edilib.