Gündəm
Dronlar bağlamanı birbaşa sifarişçinin əlinə çatdırmağı öyrəniblər
Britaniyanın “Cambridge Consultants” şirkəti tərəfindən hazırlanmış bağlamaların dronlar vasitəsilə çatdırılması sistemi bağlamanı birbaşa sifarişçinin əlinə çatdırır. Əksər böyük şirkət və kiçik startaplar kuryer vəzifəsini yerinə yetirən dronlardan istifadə edir. Yemək, dərman, poçt və başqa kiçik yüklərin çatdırılmasında pilotsuz uçan təyyarələrdən istifadə etmək təklif edilir. Bu halda çox zaman belə sistemlər bağlamanı konkret ünvan və ya koordinat üzrə çatdırmağı nəzərdə tutur.
Yaraları sağaldan unikal yapışqan təqdim edilib
Hazırda məqsədi qanaxmanı dayandırmaq və ya insan bədənindəki yaranı sağaltmaq üçün universal yapışqan yaratmaq olan bir neçə layihə mövcuddur. Müxtəlif tədqiqat komandaları məsələnin həllinə müxtəlif istiqamətlərdən yaxınlaşır. Məsələn, Avstraliya Universitetinin alimləri yapışqanın yaradılması zamanı son dərəcə elastik zülallardan istifadə ediblər. “MeTro” adlı yapışqan yaranı yapışdırmaq imkanına malikdir. Yapışqan ultrabənövşəyi işığın təsiri zamanı çox elastik materiala çevrilən zülallardan ibarətdir. “MeTro” yapışqanı yaranın üzərinə çəkildikdən bir dəqiqə sonra onu aralanmış toxumaları birləşdirir. Bu yapışqanın köməyilə tibb sahəsində istifadə edilən tikişlərdən xilas olmaq olar.
“Dədə Qorqud” parkı da “Pulsuz Wi-Fi”-la təmin olundu
“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə etdi. Bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər. Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.
Hadisədən Aleyna Tilki etirafı
Müğənni Hadise həmkarı Aleyna Tilkiyə söz atması ilə bağlı iddiaları rədd edib. Konsertlərinin birində yaşanan izdiham səbəbindən səhnəni tərk edən, onun ardınca isə səhnəyə çıxan Hadisənin fanatları "Tilkini qovub "Şampiyon"u çıxartdıq" şüarı yazılmış plakat qaldırıblar. Hadisənin də həmin plakatın şəklini sosial şəbəkədə paylaşması həmakrına söz atması kimi dəyərləndirilmişdi.
Murat yeni eşqə başladı
Aktrisa Merve Boluğurdan bir ay əvvəl boşanan müğənni Murat Dalkılıç İdil Fıratla görülüb. Muratı gecə klublarının birində izləməyə gələnlər arasında İdil də olub.
Böyük sevgilərin GÜCÜ haqqında maraqlı fakt
“Böyük sevgidə güc var. Və o amansızdır. Ucuz sevgi yumşaqdır, o əzablara tab gətirmək iqtidarında deyil”. Məşhur alman psixoloqu, filosofu və ilahiyyatçı Berta Xellinqeranın sevginin gücü haqqında yazdığı mətinini həqiqətən oxumağa dəyər.
""Barselona"da Paulinyo özünü göstərə biləcək"
Braziliyanın baş məşqçisi Tite 29 yaşlı Paulinyonun "Barselona" klubuna transferi haqqında danışıb.Təcrübəli mütəxəssis bunları deyib: "Fikrimcə, Paulinyo inkişaf edir. Onun səviyyəsi artır. Mənim fikrimcə, "Barselona"da dəstək və əmkdaşlıq atmosferi hökm sürür. O, yaxşı intuitsiya və oyun oxumaq qabiliyyətinə malikdir. Başqa güclü tərəfləri də var. Buna görə "Barselona"da Paulinyo özünü göstərə biləcək".
"Belə uşaqlar gələcəkdə cani olurlar..." - Valideynlər mütləq oxusunlar
Kompüter oyunları bütün dünyada hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi?
Bu tarixdə robotların sayı insanlardan daha çox olacaq
2035-ci ildə dünyada robotların sayı insanlardan daha çox ola bilər. Belə bir proqnozu "Finopolis-2017" innovativ maliyyə texnologiyaları konfransında "Moven" şirkətinin rəhbəri Brett Kinq verib.
Yeni “Samsung” virtual reallıq kaskası iki hərəkət kontrollerinə malikdir
“Samsung” şirkəti “Microsoft” korporasiyası ilə tərəfdaşlıq çərçivəsində yaradılan “Samsung HMD Odyssey” virtual reallıq kaskasını təqdim edib. Kaska 11 dərəcəlik baxış bucağına malik iki 3,5 düym diaqonallı “AMOLED” ekran, 350 dərəcəlik səs sistemi (quraşdırılmış AKG qulaqcıqları) və iki hərəkət kontrolleri ilə təchiz olunub. İstifadəçilər qarnituru çıxarmadan quraşdırılmış mikrofon vasitəsilə digər oyunçularla ünsiyyət qura biləcəklər. Məlumata görə, qarnitur oktyabrın 17-də rəsmən istifadəyə veriləcək “Windows Mixed Reality” platformasını dəstəkləyir.
Yanıqlara qarşı ilkin yardım necə edilir?
Bu məqaləmizdə sizlərlə çox əhəmiyyətli bir mövzunu öyrənəcəyik. Bu mövzu yanıqlara qarşı ilk yardım mövzusudur. Ona görə bu məqaləni diqqətlə oxumanızı xahiş edirəm, çünki yanıqlar evdə, çöldə və hər yerdə hər an meydana gələ biləcək vəziyyətlərdən biridir. Yanıqlar yalnız alov ilə deyil, bir çox fərqli yollardan da reallaşa bilər.
Yaşlanmayan xanımların 7 sirri...
Bəzi qadınlar yalnız yaşlaşdıqca yaraşıqlı olurlar və bu yaş, onların üzündə və bədənində heç də gözə görünmür. Bu qadınların hər biri gözəl cinsin ayrı-ayrı nümayəndələrinə qarşı xüsusi məhəbbət və ya təbiətin bir sirridir. Yəqin ki, bu gözəllik onlarda hansısa qaydalara və sağlam həyat tərzinə riayət etmələridir. Bu xəbərimdə yaşlanmayan xanımların 7 qaydasını təqdim etmək istəyirəm. Ümid edirəm, bu qaydalar sizə az da olsa kömək edəcək.
Mavi çayın faydası və zərəri...
Qurudulmuş güllərin yarpaqlarından hazırlanan çayın dadı olduqca gözəldir. Ona mavi çay da deyilir, daha çox isə göy. Qovuşuq (Clitoria ternatea) və ya "göyərçin qanadları" da adlandırılır. Öz vətənində (Cənub-Şərqi Asiya) qida, boyaq maddəsi kimi istifadə olunur, məsələn, yeməklərdə onunla düyünü bəzəyirlər.
"Çipsi"nin tərkibi haqqında ŞOK FAKTLAR!
İngilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi 24 avqust 1853-cü ilə təsadüf edir. ABŞ-ın Saratoqo Sprinqs şəhərində yerləşən bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı. Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı.
ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb
Oktyabrın 5-də Dillər Universitetində universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılış mərasimi keçirilib. Olaylar bildirirki, ADU-nun rektoru Kamal Abdulla qırmızı lenti kəsib və tədbiri açıq elan edib.














