Gündəm
Rusiya Ərəbistanda AES tikmək istəyir
"Rusiyanın "Rosatom" şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb". Bunu "Rosatom" şirkətinin rəhbəri Aleksey Lixaçyov deyib. Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib. Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.
Prezident İlham Əliyev Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lahıcda yeni məktəb binası inşa olunacaq
Prezident İlhamm Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Xəbərdarlıq: "Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!"
Osteoporoz vaxtından əvvəl müalicə edilməzsə, xəstəni yatağa məhkum edə bilir. Osteoporoz el içində sümük əriməsi kimi tanınır. Sümük minerallarının azalması və quruluşunda gedən dəyişikliklər nəticəsində sümüyün qırılmağı nəticəsində meydana gəlir. Sümük toxuması böyümə çağında və böyümə tamamlandıqdan sonra da mütəmadi olaraq özünü yeniləmə xüsusiyyətinə malikdir. Sümük yenilənərkən eyni anda dağıtma və istehsal hadisəsi reallaşır. Bu dövrdə ehtiyac olan kalsium ilə D vitamini mütləq qarşılanmalıdır. İdman edən kəslərdə sümük əriməsi az olur.
Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirdən idarə rəhbərlərinə TAPŞIRIQ
Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Əvvəlcə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin icrası barədə regional idarə rəhbərlərinə məlumat verilib. Layihənin rezident tvinninq müşaviri Alessandro Bianki çıxış edərək mədəni rayon metodologiyası haqqında və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə "İnteqrasiyalı idarəetmə planı"nın hazırlanması prosesi haqqında təqdimat keçirib.
Yaşa görə göz xəstəlikləri
Yaşımızdan asılı olaraq gözlərimiz bir çox xəstəliklərlə qarşı-qarşıyadır. Prof. Dr. Cengiz Arasa görə 0-1 yaş dövründə görmə qabiliyyətinin itmə səbəbi anadangəlmə anomaliya və bu növ xəstəliklərdən irəli gəlir.
"Blade Runner 2049" filmi Park Cinemada
Oktyabrın 5 - dən etibarən Park Cinema kinoteatrında 1:9:1 nisbətli xüsusi formatda təqdim olunan “Blade Runner” filmi nümayiş olunacaq. Olaylar bildirir ki, “Blade Runner 2049” filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs – bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.
Gülben Ergen keçmiş ərini də məhkəməyə verir
Müğənni Gülben Ergen onu təhqir edən həmkarları Yeşim Salkım və Sereb Serengillə yanaşı, keçmiş aparıcı əri Erhan Çeliki də məhkəməyə verir. İfaçı eks-həyat yoldaşının Yeşim Salkımla birlikdə ona qarşı tələ qurduğunu iddia edir. Belə ki, evli izmirli iş adamı ilə sevgili olması xəbərinin mediada yayılmasında Gülben Erhandan şübhələnir.
«Бегущий по лезвию 2049»: на 26 % больше изображения эксклюзивно в Azercell IMAX
Среди премьер недели особое внимание привлекает новая часть долгожданного фильма «Бегущий по лезвию », который специально отформатирован и представлен с расширенным соотношением сторон 1:9:1 в кинотеатре Park Cinema, в зале Azercell IMAX. Это означает, что только в кинотеатрах IMAX фанаты картины смогут увидеть на 26 % больше изображения, чем в стандартных кинозалах, а значит еще больше зрелищности, максимального погружения и незабываемых впечатлений от формата IMAX® 3D.
Məşhur müğənninin qızı canlı yayıma çıxıb, atasını RÜSVAY ETDİ - VİDEO
Müğənni Emrah və oğlu Tayfun arasında yaşananlara bənzər daha bir qalmaqal baş verib. Show TV ekranlarında Seda Sayan və Uğur Aslanın təqdimatında yayımlanan "Artık Susma" verilişinə məşhur müğənni Ayhan Aşanın qızı qatılıb.
Deputat: "AŞ-da Ermənistanın götürdüyü öhdəlikləri pozması ilə bağlı heç bir müzakirələr aparılmır"
Azərbaycan ərazilərini işğal edən Ermənistan Avropa Şurasına (AŞ) daxil olduğu zaman götürdüyü öhdəliklərin çoxunu pozub. Buna baxmayaraq, bu təşkilatda həmin məsələlərlə bağlı heç bir müzakirələr aparılmır.
Rusiyada 10 məktəb təxliyə edildi - Yenə bomba xəbəri
Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib. Məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın adam təxliyə edilib. Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.
Mətbuat Şurası "Hürriyyət"ə xəbərdarlıq etdi
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib
Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının nümayəndəsi Mərasim Hacıyev rayonda mövcud olan dini durum barədə konfrans iştirakçılarına məlumat verib. M.Hacıyev “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib.













