Gündəm
Binəqədidə “5 oktyabr –Beynəlxalq Müəllimlər Günü” qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayonda fəaliyyət göstərən məktəb və bağçaların müəllim - rəhbər heyəti iştirak etdilər.
Dövlətin güzəştli kreditləri hesabına startap layihələrinin maliyyələşdirilməsi təşviq olunur
Oktyabrın 5-də Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Kamran Əliyev Beynəlxalq Anti-Korrupsiya Akademiyasının tədbirinə qatılıb
Oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi uğurları qeyd edib.
Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik etdi
Oktyabrın 5-də Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Olaylar bildirir ki, səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.
Novak: “Rusiya neftin hazırkı qiymətindən razıdır”
Rusiya neftin hazırkı qiymətindən razıdır. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. “Neftin mövcud qiyməti bizi qane edir. Öz hədəflərimizə çatmağa başladıq. Bazar da yavaş-yavaş tarazlaşır”, - deyə A.Novak qeyd edib.
İspaniyalı nazır: “Kataloniya müstəqillik almayacaq”
İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib. “Interfaks” xəbər verir ki, nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib. “Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, - deyə o qeyd edib.
Ermənistan Polşadan bəzi silahlar almaq üçün vurnuxur...
Sentyabrın sonlarında Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Polşa xarici işlər nazirinin təhlükəsizlik və şərq siyasəti işləri üzrə müavini Bartoş Çixotski ilə görüşüb. Erməni KİV-lərinin xəbər verdiyi kimi görüşdə Ermənistanla Polşa arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Çixotski jurnalistlərə bildirib ki, Polşa Ermənistana hərbi sahədə “nou-hau” təklif edib və onlar bu texnologiya əsasında Ermənistanda birgə istehsalı təşkil etməyə hazırdır.
“Gender və İnsan Hüququ” Araşdırma Birliyinin seminar-treninqi
Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının dəstəyi ilə “Gender və İnsan Hüququ” Araşdırma Birliyi tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” mövzusunda seminar-treninq keçirilib.
Nazirdən pensiyalarla bağlı AÇIQLAMA: "İlin sonunadək..."
"Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq". Bunu açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Ermənistan mətbuatı senat sədrinin Azərbaycanla bağlı sözlərini təhrif etdi
Ermənistan mətbuatı bu ölkədə səfərdə olan Çexiya Parlamenti Senatının sədri Milan Steçin keçirdiyi mətbuat konfransında Çexiyadan Azərbaycana silah satışı ilə əlaqədar məsələyə münasibət bildirərkən guya Çexiyanın təhlükəli ölkələrə silah satmadığını söylədiyi barədə məlumat yayıb.
Santa-Klausun məzarı tapıldı - VİDEO
Dünyanın Santa-Klaus kimi tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu məkan aşkarlanıb. Türk arxeoloqlar ölkənin cənubundakı Demre şəhərində yerləşən kilsənin döşəməsinin altında indiyədək məlum olmayan boşluqlar tapıblar. Alimlərin fikrincə, bu boşluqlardan birində sonradan "Santa-Klaus" adlandırılan, xristianlıqda pərəstiş edilən Müqəddəs Nikolayın məzarı ola bilər.
“Azəravtoyol” Mehdi Abbasov küçəsinin çökməsinə aydınlıq gətirdi- VİDEO
“Azəavtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə aydınlıq gətirib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, bəzi xəbər saytlarında hadisə ilə bağlı məlumat elə təqdim olunub ki, guya yol yeni salınıb və üztəlik keyfiyyətsiz! Bu üzdən yağışlardan sonra yol çöküb: “Məlumat üçün bildirmək istəyirəm ki, sözgüdən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb.
Yeni qasırğa gəlir "Neyt"...
Nikaraqua sahillərində "Neyt" tropik qasırğası formalaşıb. Yaxın günlərdə Nikaraquada və Mərkəzi Amerikanın digər rayonlarında şiddətli yağıntılar gözlənilir. Daşqınlaırn ola biləcəyi də istisna edilmir. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 63 kilometrə çatır.
Bakının bu parkı da "Pulsuz WiFi"-la təmin olundu
"Baktelecom" "Pulsuz WiFi" zonalarının sırasına daha birini əlavə edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu gündən etibarən "Dədə Qorqud" parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
Terrorçuları maliyyələşdirən 73 nəfər aşkar edilib
“Bu il MDB dövlətlərinin maliyyə-kəşfiyyat bölmələri ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində terrorçuluğun maliyyələşdirilməsində iştirak edən 73 şəxs aşkarlanıb”. Bunu MDB dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov “Ria Novosti”-yə müsahibəsində deyib.
.jpg)













