Gündəm
Putinlə kralın görüşü başladı
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.m Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.
Müstəqil dövlətin azad mətbuatı
Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də həyata keçirilən tədbirlər, görülən işlər, qazanılan uğur və nailiyyətlər bu gün Azərbaycan mediasının müstəqil şəkildə fəaliyyət göstərməsini şərtləndirən başlıca amillər olub. Məhz ötən illər ərzində bu istiqamətdə atılan məqsədyönlü addımların nəticəsidir ki, bu gün Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri tam demokratik bir mühitdə fəaliyyət göstərir, ölkədə fikir və söz azadlığının təmin olunmasına öz töhfələrini verirlər.
Teatrda premyera - Conatan Sviftin məşhur əsəri nümayiş oluncaq
Oktyabrın 27 –də Gənc Tamaşaçılar Teatrında Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə səhnələşdirilimiş tamaşanın premyerası olacaq. Olaylar bildirir ki, teatrın kollektivi tamaşanı fərqli yozumda təqdim edəcək. Belə ki, tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunub.
“Hindistan etnoqrafiyası” kitabı təqdim olundu
Oktyabrın 5-də Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Olaylarbildirirki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinə dəyərli töhfə olan “Hindistan etnoqrafiyası” kitabının müəllifinə dərin minnətdarlığını bildirib.
Model Leylanın ölümünə görə həbs olunduğu deyilən həkim EFİRƏ ÇIXDI
Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxaninin həbs xəbəri son günlərin ən çox yayılan məlumatları arasında idi. İki gün öncə "Bu bizik" verilişinin aparıcısı Tolik Sirus Qoçxaninin həbs xəbərini açıqladıqdan sonra məlumat təsdiqini tapmamışdı.
Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb
"Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb". Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Hindistanda zavod işini dayandırdı - Bəbirə görə
Hindistanda böyük avtomobil zavodu işini dayandırıb. Buna zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub. Məlumata görə, "Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhal dayandıraraq zavodu tərk edib.
Azərbaycanlı keçmiş nazir Estoniyada yenidən şəhər meri olmaq istəyir
Estoniyada azərbaycanlı keçmiş nazir və deputat, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Eldar Əfəndiyev Narva şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb. AAK prezidenti Sahil Qasımov bildirib ki, artıq onun namizədliyi qeydə alınıb. Şəhər meri uğrunda seçkilər oktyabrın 15-də keçiriləcək.
İlham Əliyev Qərblə strateji sazişi anons etdi
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin yeni səhifəsini açmaq niyyətindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasət və təhlükəsizlik komitəsinin nümayəndə heyəti ilə görüş zamanı deyib.
Rusiyanın Türkiyəyə qarşı film kimi CASUS OYUNU - MİT DE-ŞİFRƏ ETDİ
Rusiya Türkiyədən casusunu almaq üçün yalan danışıb. İstanbulda çeçen komandir Vahid Edelqiriyevi öldürən qrupun üzvləri olan 2 rus casus ötən il Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən tutulub. Casuslardan biri Aleksandr Smirnovun 2000-2011-ci illərdə 7 çeçeni öldürdüyü ortaya çıxıb.
Kreml məsələyə qarışdı: “Qanuni oğrular” və İslam icmaları arasında ÖLÜM-DİRİM SAVAŞI
Rusiyanın Krasnoyarsk diyarında avtoritetlər həbsxanalarda hakimiyyətin müsəlmanlara keçmə ehtimalından qorxuya düşüblər. Krasnoyarsk həbsxanalarına “baxan” avtoritetlər buna imkan verməmək üçün Yekaterinburq “qanuni oğru”larından dəstək istəyiblər.
Deputat Ağacan Əbiyev: “İslam dini hansı bir elmi kəşfə imza atdı?”
Milli Məclisin deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib. “Azərbaycan 24 xəbər” bildirir ki, dini təhsilə qarşı çıxan millət vəkili xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu deyib: “Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.
ATƏT regionundakı münaqişələr su mənbələrinə çıxışa ciddi problemlər yaradır
ATƏT regionunda həll olunmamış münaqişələr su mənbələrinə sərbəst çıxışla bağlı ciddi problemlər yaradır. Bunu Milli Məclisin deputatı Kamran Nəbiyev Andorrada keçirilən ATƏT Parlament Assambleyasının (PA) 16-cı payız sessiyası çərçivəsində "Ekoloji təhlükəsizlik: iqlim dəyişikliyi problemi" adlı müzakirələrdə deyib.
Dövlət bütövlükdə cəmiyyətin intellektual potensialının artmasını hədəfləyib
«Müasir dövrün aktual çağırışları sırasında təhsilə, elmi inkişafa, iqtisadiyyatda innovasiyaların tətbiqinə verilən önəm xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Çünki, ölkələrin inkişaf səviyyəsi təbii resursların həcmi ilə deyil, cəmiyyətin intellektual potensialı, texnoloji yeniliklərin tətbiqi ilə ölçülür». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva səsləndirib.
Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin, "Ən yaxşı açıqca və ən sevimli müəllim", “Müəllimlərə arzularım”, “Mənim sevimli müəllimim”, “Səndən öyrəndim” kimi rəsm, şeir, inşa, video müsabiqələri də həyata keçirilib.














