Hindistanda zavod işini dayandırdı - Bəbirə görə

Hindistanda böyük avtomobil zavodu işini dayandırıb. Buna zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub. Məlumata görə, "Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhal dayandıraraq zavodu tərk edib.

Hadisə ilə bağlı zavodda səhər növbəsinin işi də təxirə salınıb. Yerli vəhşi təbiəti mühafizə idarəsi əməkdaşı Vinod Kumarın verdiyi məlumata görə, hazırda bəbirin axtarışları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31