Teatrda premyera - Conatan Sviftin məşhur əsəri nümayiş oluncaq

Oktyabrın 27 –də  Gənc Tamaşaçılar Teatrında Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə səhnələşdirilimiş tamaşanın premyerası olacaq. Olaylar bildirir ki, teatrın kollektivi tamaşanı fərqli yozumda təqdim edəcək. Belə ki, tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunub.

Oktyabrın 27 -də  Gənc Tamaşaçılar Teatrında Conatan Sviftin məşhur "Qulliver Cırtdanlar ölkəsində" əsərinə səhnələşdirilimiş tamaşanın premyerası olacaq. Olaylar bildirir ki, teatrın kollektivi tamaşanı fərqli yozumda təqdim edəcək. Belə ki, tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşada  Əməkdar Artistləri Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31