Gündəm

Ermənistanın növbəti təxribat cəhdi

5 Oktyabr 2017 15:55

Ermənistan müntəzəm olaraq Azərbaycanın öz qonşuları ilə münasibətlərinə zərbə vurmaq, bununla da bu və ya digər ölkə ilə Bakı arasında əməkdaşlığa xələl gətirmək üçün çalışıb və İrəvan günümüzdə də bu siyasətinə sadiq qalır. İstər Türkiyə, istər Rusiya, istər İran, istərsə də Gürcüstan amili hər zaman Ermənistan, erməni lobbisi tərəfindən diqqətdə saxlanılıb və Bakının Ankara, Moskva, Tehran və Tbilisi ilə əlaqələrinə kölgə salmaq üçün işğalçı ölkə dəridən-qabıqdan çıxıb.

Hizbullaha AĞIR ZƏRBƏ

5 Oktyabr 2017 15:53

Suriyanın Humus vilayətində mənşəi məlum olmayan bir PUA (pilotsuz uçan aparat) Əl-Suhna qəsəbəsi yaxınlığında Əsəd rejimini dəstəkləyən İranyönlü Hizbullah təşkilatının möbqelərinə bombazərəbləri endirib. Bombardman nəticəsində 8 nəfər Hizbullahçının həlak olduğu və çoxlu sayda silahlının yaralandığı bildirilir.

Vergilər Nazirliyindən “Turan” açıqlaması

5 Oktyabr 2017 15:50

Kütləvi informasiya vasitələrində "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vergiödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur.

ATƏT PA-da erməni təxribatının qarşısı alınıb

5 Oktyabr 2017 15:49

Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar. Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib. Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.

Yataq otağına kamera qoyan qadın 30 illik ərini biabır etdi - VİDEO

5 Oktyabr 2017 15:43

Tayvanda ərinin gecə yuxuda etdiyi hərəkətlərdən bezən qadın yataq otağına kamera qoyub. O, 30 illik ərinin yuxuda etdiyi qəribə davranışlara görə onu boşanmaqla hədələyib. Qadın yataq otağına qoydurduğu kamera ilə kişiyə onun gecələr anormal hərəkətlər etdiyini sübut edib. Qadın videonu sosial şəbəkələrdə yayıb.

Bacısını zorladığı üçün atasını öldürən gənc bıçaqlandı - Bir ailənin dramı - VİDEO

5 Oktyabr 2017 15:41

Şirvanda bıçaqlanma hadisəsi baş verib.   Məlumata görə, hadisə oktyabrın 5-də axşam saatlarında şəhərin Fariz Eynullayev küçəsində qeydə alınıb.  Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonunun Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsrət Sabir oğlu Şahverənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. 

Nazir: Azərbaycandakı sosial-iqtisadi inkişaf regionlarda əhalinin məşğulluğunu artırıb

5 Oktyabr 2017 15:39

Türkiyənin Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində “Əmək sferasının idarə olunması” mövzusunda keçirilən xüsusi plenar müzakirələr zamanı ölkəmizin əmək bazarında baş verən proseslər və bu proseslərə uyğun olaraq görülən tədbirlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Sumqayıtda 3 otaqlı ev yanıb

5 Oktyabr 2017 15:35

Sumqayıt şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bağlı qapı arxasında meyit tapılıb

5 Oktyabr 2017 15:34

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunmuşlar. 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Pambıq tədarükü davam edir

5 Oktyabr 2017 15:32

Oktyabrın 4-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 57 min 179,16 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ötən bir gündə 624,92 ton pambıq tədarük olunub. Hazırda ölkədə pambıq yığımı davam edir.

Argentinadakı səfirimiz etimadnaməsini prezidentə təqdim edib

5 Oktyabr 2017 15:31

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Sumqayıtda vətəndaş qəbulu keçiriləcək

5 Oktyabr 2017 15:30

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.12 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sumqayıt şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

"Azərbaycan heç nə itirmir" MÖVQE

5 Oktyabr 2017 15:29

"Prezident İlham Əliyev dünən Bakıda Avropa Birliyinin Brüsseldə akkreditə edilmiş səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləriylə görüşdə bizim qərblə əməkdaşlığımızın keçmişinin qiymətləndirilməsi, bu günü və gələcəyi baxımından çox önəmli məsələlərə toxundu". Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Kazan sakini "telefon terrorçuları"nın hücum alqoritmini çözdü

5 Oktyabr 2017 15:24

Rusiyanı ictimai yerlərdə qoyulmuş partlayıcı qurğular haqda anonim zənglər üzrə təxliyyələrin yeni dalğası gözləyir. Belə proqnozla Kazan şəhərinin 21 yaşlı sakini Svyatoqor Osinin çıxış edib. Osinin iddia edir ki, o, "telefon terrorçuları"nın hərəkət trayektoriyasının alqoritmini çözməyi bacarıb.

Əmək Nazirliyinin “Çağrı mərkəzləri” 10,6 mindən çox müraciəti cavablandırıb

5 Oktyabr 2017 15:22

Cari ilin sentyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 -“Çağrı mərkəzləri”nə əvvəlki avqust ayı ilə müqayisədə 10,6 % az olmaqla, 10 628  müraciət daxil olub.