Ermənistanın növbəti təxribat cəhdi
Ermənistan müntəzəm olaraq Azərbaycanın öz qonşuları ilə münasibətlərinə zərbə vurmaq, bununla da bu və ya digər ölkə ilə Bakı arasında əməkdaşlığa xələl gətirmək üçün çalışıb və İrəvan günümüzdə də bu siyasətinə sadiq qalır. İstər Türkiyə, istər Rusiya, istər İran, istərsə də Gürcüstan amili hər zaman Ermənistan, erməni lobbisi tərəfindən diqqətdə saxlanılıb və Bakının Ankara, Moskva, Tehran və Tbilisi ilə əlaqələrinə kölgə salmaq üçün işğalçı ölkə dəridən-qabıqdan çıxıb.
5 Oktyabr 2017 15:55 SiyasətBu dəfə hədəf Bakı-Tbilis-Qars dəmir yolu layihəsidir
Ermənistan müntəzəm olaraq Azərbaycanın öz qonşuları ilə münasibətlərinə zərbə vurmaq, bununla da bu və ya digər ölkə ilə Bakı arasında əməkdaşlığa xələl gətirmək üçün çalışıb və İrəvan günümüzdə də bu siyasətinə sadiq qalır. İstər Türkiyə, istər Rusiya, istər İran, istərsə də Gürcüstan amili hər zaman Ermənistan, erməni lobbisi tərəfindən diqqətdə saxlanılıb və Bakının Ankara, Moskva, Tehran və Tbilisi ilə əlaqələrinə kölgə salmaq üçün işğalçı ölkə dəridən-qabıqdan çıxıb. Hər dəfə bu kimi cəhdlər boşa çıxıb, heç bir nəticə verməsə də, lakin İrəvan və erməni lobbisi bundan heç də bezmir, usanmır. Əksinə Azərbaycana hər hansı bir zərbə vurmnaq üçün var gücü ilə çalışır, bütün imkanlarını bu məqsədlə səfərbər edir. Son günlər Ermənistan bu istiqamətdəki fəaliyətini daha da intensivləşdirib. Bu dəfə əsas diqqət yenə də Gürcüstana yönəlib. Daha doğrusu Gürcüstanda Azərbaycan əleyhinə kampaniya başlanılması üçün Ermənistan ciddi cəhdlə çalışmaqdadır ki, bunun da başlıca səbəbi bəllidir. Belə ki, yaxın vaxtlarda Azərbaycan-Türkiyə və Gürcüstanın ortqa layihəsi olan və böyük bir coğrafiyanı əhatə edəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti istifadəyə veriləcək və bununla da Bakı ilə Tbilisi arasında münasibətlər bir qədər də istiləşəcək. Bundan ciddi narahat olan, sözügedən layihəni əngəlləmək üçün bütün mümkün vasitələrdən istifadə edən Ermənistan Gürcüstanda kompakt yaşayan erməniləri səfərbər etmək, burada yaşayan azərbaycanblılara qarşı qaldırmaq siyasəti həyata keçirir. Həmçinin Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu ölkədə ictimai-siyasi sabitliyi pozmaq və bununla da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinə mane olmaq siyasəti həyata keçirilir. Elə bu günlərdə Tbilisi ilə İrəvan arasında yaşanan diplomatik krizin də əsl səbəbi buna söykənir. Belə ki, rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın (erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini) namizədliyini təsdiq etməyib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, bunun iki səbəbi var. Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minsanyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər: "İkincisi, Sergey Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir. Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək. Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair də şübhələr var. Aydındır ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz". Bəs rəsmi İrəvan bilə-bilə ki, Tiflis Sergey Minasyanı səfir kimi qəbul etməyəcək nədən onu Gürcüstana səfir təyin etmək istəyib? Politoloq deyir ki, bunun da iki səbəb ola bilər: "Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmaq istəyib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi isə görünür yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər. Həmçinin Rusiya və Ermənistan Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahatdırlar. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmir yolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır. Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı da fəallaşdırmaq istəyirlər. Tiflis bu təxribatçı planların qarşısını aldı. İndi İrəvanın iki yolu var. Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək. Ya da İrəvan bir müddətdən sonra Minasyanı bir başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifət tətəfindən ciddi etirazla üzləşəcək".
Məhəmməd