Sumqayıtda vətəndaş qəbulu keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.12 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sumqayıt şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
5 Oktyabr 2017 15:30 SosialAzərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.12 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sumqayıt şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Qubadlı, Abşeron, Zəngilan rayonlarının, Şuşa, Bakı, Sumqayıt şəhərlərinin sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sumqayıt şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.