"Azərbaycan heç nə itirmir" MÖVQE
"Prezident İlham Əliyev dünən Bakıda Avropa Birliyinin Brüsseldə akkreditə edilmiş səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləriylə görüşdə bizim qərblə əməkdaşlığımızın keçmişinin qiymətləndirilməsi, bu günü və gələcəyi baxımından çox önəmli məsələlərə toxundu". Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
5 Oktyabr 2017 15:29 Siyasət"Prezident İlham Əliyev dünən Bakıda Avropa Birliyinin Brüsseldə akkreditə edilmiş səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləriylə görüşdə bizim qərblə əməkdaşlığımızın keçmişinin qiymətləndirilməsi, bu günü və gələcəyi baxımından çox önəmli məsələlərə toxundu". Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, bu, diplomatlarla edilən, sadəcə, diplomatik söhbət deyildi. Cənab Prezidentin səsləndirilən suallara "örtülü bazar, dostluğu pozar" prinsipinə dayanan açıq və dostcasına cavablarında haqlı məzəmmət də vardı, tövsiyyə də, xəbərdarlıq da: "Avropa Şurası haqqında fikirlərində isə bunun hər üçü yer almışdı. Prezident burada Avropa Şurasından çıxmaq məsələsinə toxundu və bilirdi ki, belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik. Bundan sonra artıq hər şey adındır". Sia.az