ATƏT PA-da erməni təxribatının qarşısı alınıb
Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar. Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib. Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.
5 Oktyabr 2017 15:49 SiyasətErməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar. Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib. Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı erməni deputatlara layiqli cavab verib. Nümayəndə heyətinin üzvləri məhz monoetnik Ermənistanda azərbaycanlıların düşmən kimi qəbul olunduğunu, işğal altındakı ərazilərimizdə cinayətlər törədildiyini və bu ölkədə Zori Balayan kimi faşistlərin qəhrəmana çevrildiyini ATƏT PA üzvlərinin nəzərinə çatdırıb.