Gündəm

Politoloq: “Bu təşkilatlar insan haqlarından danışa bilməzlər?!”

5 Oktyabr 2017 15:20

“Azərbaycan 1993-cü ildən başlayaraq hər zaman istər ayrı-ayrı ölkələrlə, istərsə də beynəlxalq təşkilatlarla münasibəti sağlam formada qurub”. Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

5 Oktyabr 2017 15:17

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. Məlumata görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kasuqo İsoquro layiq görülüb. 1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.  Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Ceyms Kamerun Putinin ünvanına mesaj göndərdi: “Nəticələri özünüz düşünün”

5 Oktyabr 2017 15:08

Amerikalı rejissor Ceyms Kamerun “Terminator” serialının 6-cı filminin qala gecəsindəki nitqi ilə diqqət çəkib. Rejissor Rusiya prezidenti Vladimir Putindən stat gətirib. Gecədə C.Kameruna süni intellektin gələcəyi ilə bağlı sual verilib. Rejissor isə bir çox insanın bu sahədəki texnoloji inkişafı diqqətlə izlədiyini deyib: “Məsələn, Putin bu yaxınlarda süni intellekti mükəmməlliyə çatdıran ölkənin bütün dünyaya hökm edə biləcəyini demişdi. Hər ölkə süni intellekti silaha çevirmək üçün bir arqument tapmağa çalışır. Bunun nəticəsini isə özünüz düşünün”.

Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib

5 Oktyabr 2017 15:07

Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.  Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyov oktyabrın 4-də milliyyətçə erməni olan vəkil Ruben Kirakosyanın O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu barədə qaldırdığı iddia haqqında qərar çıxarıb.

“İlk dəfə bəyan edirik!” – Ankara şok PLANI AÇIQLADI

5 Oktyabr 2017 15:05

Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib. Nəticədə 7 terrorçudan 5-i öldürülüb, digərlərinin zərərsizləşdirilməsi üçün əməliyyat başlanıb.

Çılpaq müəllim və Nigar Köçərliyə təşəkkür- Ləman Ələşrəfqızı yazır

5 Oktyabr 2017 15:02

Məktəbimizin beş addımlığında poçt idarəsi vardı. Bütün əlamətdar bayramlarda poçtun müdiri Paşa dayı ən müxtəlif “otkrıtka”lar gətirər və türklər demiş, bizi paşa-paşa sevindirərdi. Bu xüsusilə Yeni il, 8 mart və 23 fevral ərəfəsi olardı. Poçtun bapbalaca otağı şagirdlərlə dolub-daşardı. Hamı açıqcanın ən gözəlini seçməyə çalışardı. Cəmi 20 qəpiklik sevinc bəxş edərdik o gün müəllimlərimizə. Hərçənd, açıqcaya yazdığımız təbrik sözləri də ürəyimizdən keçən səmimi sözlər deyildi, hamının yazdığı şablon tekst idi.

Bahar Muradova: "Bizə dialoq xatirinə dialoq yox, məhsuldarlıq lazımdır"

5 Oktyabr 2017 15:01

"Dünən və bu gün həmkarlarımızın məruzələrini, hesabatlarını və çıxışlarını dinləmək imkanımız olub. Onlar bizim nailiyyətlərimizi və uğursuzluqlarımızı qeyd ediblər. Lakin təhdidlər və yeni çağırışlar barədə daha çox danışıblar". Məlumata görə, bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın Andorrada keçirilən sessiyası çərçivəsində daimi komitənin iclasında növbəti çıxışı zamanı səsləndirib.

Spiker: Azərbaycanla Aİ arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşıb

5 Oktyabr 2017 14:54

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, sədr bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafında maraqlıdır.

Evlərdən notbuk və qızıl oğurlayan şəxs ələ keçib

5 Oktyabr 2017 14:51

Oğurluqda şübhəli bilinən Bərdə rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərdən birindən notbuk və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Samir Mustafayev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Bakıda 6 dilənçi saxlanıb

5 Oktyabr 2017 14:50

Paytaxt Bakıda dilənçiliklə məşğul olan 6 nəfər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb. 

Avropanın “ədalət carçılarına” ədalət dərsi

5 Oktyabr 2017 14:48

Artıq bir neçə ildir ki, rəsmi Bakı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin timsalında Qərbin, Avropanın “ədalət carçılarına” sözün həqiqi mənasında ədalət dərsi keçir. Hələ bir neçə il əvvəl dövlət başçısı demək olar ki, Avropanın mərkəzindən, Almaniyadan başlamış oldu Avropaya. Qərbə ədalət dərsi keçməyə. Bu ölkəyə səfəri çərçivəsində alman kansler Angela Merkellə görüşdə Avropanı, Qərbi ikili standartlarda ittiham edərək, qoca qitədən ölkəmizə qarşı müntəzəm olaraq qərəzli münasibətlər sərgiləndiyini açıq şəkildə ifadə edən Azərbaycan Prezidenti daha sonra Brüsselə səfəri çərçivəsində də “ədalət carçılarına” vacib xatırlatmalar etdi.

ABŞ nümayəndələrindən İrəvanda GÖZLƏNİLMƏZ ADDIM: ermənilərə Qarabağ ZƏRBƏSİ

5 Oktyabr 2017 14:46

Sentyabrın 17-də Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən imtina ediblər.

Myanma böhranı davam edir: Bu dəfə qurban ölkənin ən gözəl qızı oldu

5 Oktyabr 2017 14:44

Myanma gözəli seçilən Şvi Eyn Sinin tacə əlindən alınıb. Buna səbəb modelin Arakan Rihinya Milli Qurtuluş Ordusunu (ARMK) şiddət və terror törətməkdə günahlandırması olub. Model feysbuk hesabından yayımladığı videoda ordunun günahsız sakinlərə qarşı şiddət tətbiq etdiyini deyib.

Azərbaycanın yürütdüyü daxili siyasətdən narahat olanlara

5 Oktyabr 2017 14:40

Azərbaycan müstəqillik əldə etdikdən bəri xarici qüvvələrin təhdidləri ilə üzləşmək zorunda qalıb. Hazırda da prezident seçkiləri ərəfəsində olan Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması müşahidə olunur. Diqqətə çatdıraq ki, indiki məqamda Azərbaycana yönələn xarici təhdidlər 1990-cı illərin Azərbaycanını xatırladır.

Ölkəmizdə insan hüquqları ən yüksək səviyyədə təmin olunub

5 Oktyabr 2017 14:39

Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri də insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb.