Politoloq: “Bu təşkilatlar insan haqlarından danışa bilməzlər?!”
“Azərbaycan 1993-cü ildən başlayaraq hər zaman istər ayrı-ayrı ölkələrlə, istərsə də beynəlxalq təşkilatlarla münasibəti sağlam formada qurub”. Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.
5 Oktyabr 2017 15:20 Siyasət"Azərbaycan 1993-cü ildən başlayaraq hər zaman istər ayrı-ayrı ölkələrlə, istərsə də beynəlxalq təşkilatlarla münasibəti sağlam formada qurub". Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq çərçivəsində pozulmuş hüquqlarının bərpa olunmasını tələb etməkdədir: "Bütün dövlətlər və beynəlxalq təşkilatlar da sözdə Azərbaycan dövlətinin bu istəyini yaxşı qarşılayır və haqlı olduğunu bəyan edir. Ancaq təəssüflər olsun ki, nədənsə əməli fəaliyyətlərində biz bunu görə bilmirik. Bəzi hallarda isə əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və orada fəaliyyət göstərən səlahiyyətli nümayəndələr bizim ərazilərimizi işğal edən, terrorizmi dəstəkləyən ölkənin diaspor təşkilatlarının təsiri altına düşərək müxtəlif maraqlar əldə edəcəklər deyə, ölkəmizə qarşı qaralama kampaniyası həyata keçirməyə cəhd edirlər.
Bilirsiniz, bu cür adamlar və nüfuzlu beynəlxalq təşkilatlar əgər bir milyon azərbaycanlının pozulmuş olan hüququnu gündəmə gətirə bilmirsə və iki azərbaycanlının öz ata-baba yurduna yaxınlarının qəbirlərini ziyarət etməyə gedərkən girov götürülülənlərin azad edilməsinə yardımçı ola bilmirsə, onda bu təşkilatlar hansı haqla insan hüquqlarından danışa bilərlər?!". Sia.az