Ölkəmizdə insan hüquqları ən yüksək səviyyədə təmin olunub
Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri də insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb.
5 Oktyabr 2017 14:39 Siyasətİlham Əliyev: "Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır"
Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri də insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb. Nətisədə ölkə vətəndaşlarına sərbəst toplaşmaq azadlığı verilib, üstəlik bu azadlığın təmin olunmasına dövlət zəmanəti təmin edilib. Hazırda Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qüvvədədir və sözügedən sənəd bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması müvafiq qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu yuxarıda adıçəkilən qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Onu da qeyd edək ki, siyasi partiyalar sərbəst toplaşmaq azadlığından gen-boluna istifadə edə bilirlər. Belə ki, ötən ayın 23-də (sentyabr) siyasi təşkilatların cəmləşdiyi Milli Şura növbəti mitinqini keçirib. Hüquq-mühafizə orqanlarının müşayəti ilə keçirilən siyasi aksiyada hec bir insident qeydə alınmayıb. O başqa söhbət ki, müxalifət və onları dəstəkləyən xarici qüvvələr bunu necə qələmə verirlər. Məlumdur ki, ölkədə çoxluq prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiyindən belə aksiyalarda iştirak etmir. Müxalifətin aksiyalarına qatılanlar əsasən ailə partiyalarının qohum-əqrabalarıdır. Yeri gəlmişkən xatırladaq ki, müxalifət aksiya iştirakçılarının sayını artırmaq məqsədilə qanunsuz addımlar atmaqdan belə çəkinmir. Belə ki, sosial şəbəkələr vasitəsilə radikal dindarlar və azyaşlı uşaqlara müyyən pul məbləğındə aksiyalara çağırışlar edilir. Məhz yaranmış vəziyyətdən özünü sığortalamaq istəyində olan mitinq təşkilatçıları özlərini sudan duru çıxarmaq üçün aksiyanın zəif keçirilməsini guya onlara lazımi şəraitin yaradılmaması ilə izah edirlər. Çox təəssüf ki, onların xarici havadarları da bir mənbəyə-müxalifət düşərgəsinə istinad edərək Azərbaycana qarşı itthamlar irəli sürmək cəhdində bulunurlar. Prezident İlham Əliyev Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı Azərbaycanda nəinki sərbəst toplaşma hüququqnun, eləcə də digər azadlıqların yüksək səviyyədə təmin olunduğunu bəyan edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır: "Yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz".
Xatırladaq ki, ən inkişaf etmiş Avropa ölkələrində istənilən sosial etitazlar polislə toqquşma, dinc sakinlərin üzərinə itlərin buraxılması, aksiya iştirakçılarının atların ayaqları altında qalması, aksiyaların rezin güllə və cözyaşardıcı maddələr vasitəsilə dağıdılması ilə nəticələnir. Azərbaycanda keçirilən aksiyalarda isə radikal müxalifət cəmiyyətdə itirilmiş nüfuzunu bərpa etmək məqsədilə nəinki siyasi şüarlar səsləndirir, hətta dövlət və dövlətçilik əleyhinə qərəzli çıxışlar edilir, eləcə də iqtidarda təmsil olnunan ayrı-ayrı məmurlara qarşı təhqiredici və həqiqətə uyğun olmayan ifadələr işlədilir. Lakin Azərbaycanda müxalifətin bu kimi qanunsuz əməllərinə tolerant yanaşılır. Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı yüksək səviyyədə təmin olunub və müxalifət bu imkandan maksimum yararlana bilir. Prezident İlham Əliyev məlum çıxışında bildirib ki, həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir: "Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq".
Bəli, reallıq ondan ibarətdir ki, Azərbaycanda sərbəst toplaşmaqa azadlığı qanunvericilikdə təsbit olunub və hazırda bu hüquqdan istifadə heç bir problem yaratmır. Əsas məsələ ondan ibarətdir ki, bu hüquqdan istifadə zamanı sui-istifadə hallarına yol verilməsin.
Alim