Argentinadakı səfirimiz etimadnaməsini prezidentə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib. XİN-dən "Olaylar"a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb. Prezident cənab E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Görüşdə səfir R.Aslanov Prezident cənab E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident cənab E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31